Təyyarə sərnişinləri 10 saat boş yerə səmada qalıblar: Qəribə səbəb

Təyyarə sərnişinləri 10 saat boş yerə səmada qalıblar: Qəribə səbəb






presstv

"Presstv"az #Hadisə, #Hindistan, #Kanada, #Qrenlandiya, #təyyarə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Air India” aviaşirkətinin sərnişinləri tualetlərin daşması səbəbindən 10 saat havada vaxt itiriblər.

presstvaz xəbər verir ki, bu barədə “One Mile At A Time” portalı məlumat verib.

Hadisə göyərtəsində üç yüz sərnişinin olduğu, Çikaqodan Dehliyə uçan “Boeing 777-300ER” təyyarəsində baş verib. Qeyd olunur ki, Hindistanın paytaxtına uçuş 14 saat davam etməli idi. Kapitan uçuşu dayandırmaq qərarına gəlməzdən əvvəl təyyarə Kanada və Qrenlandiya üzərindən uçub.

Nəticədə təyyarə Atlantik okeanı üzərindən geriyə çevrilib və texniki nasazlıq səbəbindən yola düşdüyü hava limanına qayıdıb. Məlum olub ki, göyərtədəki onlarla tualetdən yalnız biznes sinifdə olan biri işlək vəziyyətdə olub.

Hadisə aviasiya ictimaiyyətində müzakirə mövzusuna çevrilib. Mütəxəssislər əmindirlər ki, bütün tualetlərin dolu olması ilə bağlı vəziyyət təyyarələrə texniki qulluqda problemlər olduğunu göstərir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv