Azərbaycanın iki sərbəst güləşçisi Albaniyada keçirilən Avropa çempionatının finalına yüksəlib

Azərbaycanın iki sərbəst güləşçisi Albaniyada keçirilən Avropa çempionatının finalına yüksəlib






presstv

"Presstv"az #Avropa, #Azərbaycan, #Azərbaycan Güləş Federasiyası, #Belçika, #Bolqarıstan, #Ermənistan, #Gürcüstan, #Rusiya, #Sərbəst güləş, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanın iki sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən U-23 Avropa çempionatının finalına yüksəlib.

presstvaz xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Bildirilib ki, Kənan Heybətov (70 kq) qitə birinciliyinə möhtəşəm start verib.

Həmyerlimiz ukraynalı Narek Poqosyan, bolqarıstanlı Kaloyan Atanasov və belçikalı Muhammad Abdurahmanova vaxtından əvvəl – 10:0 hesabıyla qalib gələrək adını finala yazdırıb. Kənan qızıl medal uğrunda rusiyalı Maqomed Eltemirovla mübarizə aparacaq.

Fərid Cabbarovun (79 kq) da debütü uğurlu alınıb. Milli üzvü gürcüstanlı Giorgi Qoqritçianini (8:4), italiyalı Raffaele Matrullonu (10:0) və isveçrəli Umar Mavlayevi (3:1) üstələyərək finala yüksəlib. Fərid həlledici görüşdə rusiyalı Arsen Balayanla üz-üzə gələcək.

Rəhman İmanov (57 kq) təsnifat mərhələsində rusiyalı (U20) Avopa çempionu və dünya ikincisi Lev Pavlova 0:3 hesabıyla məğlub olub. Rəqib finala yüksəldiyi üçün güləşçimiz bu gün təsəlliverici görüşdə Şimali Makedoniya təmsilçisi Stefan Şterjovla qarşılaşacaq.

Murad Haqverdiyev (65 kq) ispaniyalı Felipe Millaya 5:1 hesabıyla qalib gələrək 1/4 finala yüksəlsə də, rusiyalı (U17) Avropa çempionu Amal Candubayevə məğlub olub – 4:8. Rəqib finala yüksəldiyi üçün Murad təsəlliverici görüşdə ukraynalı Mikita Qonçarovla güləşəcək.

Abdulcəlil Şabanov (97 kq) təsnifat mərhələsində ermənistanlı Sergey Sarqsyana (3:11) uduzub.

Qeyd edək ki, martın 14-dək davam edəcək Avropa çempionatına Azərbaycanın 27 güləşçisi yollanıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv