İcra başçısının sabiq xanım müavini cəza çəkdiyi yeri dəyişmək istəyir

İcra başçısının sabiq xanım müavini cəza çəkdiyi yeri dəyişmək istəyir






presstv

"Presstv"az #Məhkum, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Neftçalanın keçmiş icra başçısı ilə birgə məhkum edilmiş müavini Gültəkin Sadıqova məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülmək istəyir.

presstvaz “Qafqazinfo”ya istinadən xəbər verir ki, xanım məhkum əvvəlcə yerli, daha sonra apellyasiya məhkəməsinə müraciət edib.

Gültəkin Sadıqova ərizəsində cəzasının yarıdan çoxunu ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkdiyini qeyd edib. Xüsusilə bunun nəzərə alınmasını xahiş edib.

Məhkəmələrin heç biri məhkumun müraciətini təmin etməyib. G.Sadıqovanın cəzasının qalan 1 il 2 ayını da eyni yerdə çəkməsinə qərar verilib.

Məlumat üçün deyək ki, məntəqə tipli cəzaçəkmə müəssisəsindəki şərait rahatlığına görə digərlərindən fərqlənir. Oradakı məhkumlar müəyyən vaxtlarda cəzaçəkmə müəssisəsindən kənara çıxa bilirlər.

Xatırladaq ki, Neftçalanın eks-icra başçısı İsmayıl Vəliyev, Gültəkin Sadıqova və digər vəzifəli şəxslər cinayət məsuliyyətinə cəlb ediliblər. Son qərarla İ.Vəliyev 6 il 2 ay, G.Sadıqova 4 il 6 ay azadlıqdan məhrum edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv