Əkiz uşaqların anası: “Mənim üçün ən böyük hədiyyə onların sağalmağıdır”

Əkiz uşaqların anası: “Mənim üçün ən böyük hədiyyə onların sağalmağıdır”






presstv

"Presstv"az #Ailə, #Həkim, #Körpə, #Sağlamlıq

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Altıaylıq körpələrin dəstəyə ehtiyacı var.

presstvaz bildirir ki, bu barədə Oxu.Az-a onların anası Aysel Əhmədova məlumat verib.

O bildirib ki, övladları erkən doğulduqları üçün səhhətlərində problem var:

“Atilla və Altay avqustun 30-da 31 həftəlik olarkən dünyaya gəliblər. Erkən doğulduqları üçün ikisinin də səhhətində problemlər var. Atilla fizioloji sarılıq, Altay isə ağciyər durğunluğundan əziyyət çəkir”.

Gənc ana övladlarının müalicəsi üçün dəstəyə ehtiyacları olduğunu deyib:

“Uşaqlar erkən doğulduqları üçün bir müddət küvəzdə saxlamağa məcbur olduq. Həmin dövrdə, demək olar ki, əlimizdə olan hər şeyi verdik. Dost-tanışın dəstəyi ilə də müalicələrini edirik. Həkimlər uşaqların düzgün müalicə ediləcəyi halda tamamilə sağala biləcəklərini deyirlər. Artıq iki aydır sizin izləyicilərin dəstəyi ilə uşaqlarımı müalicə edirəm. İnanın, onların sağlamlıq durumunun nə qədər yaxşılaşdığını görə bilirəm. Uşaqlarımın artıq tam sağlamlıqlarına qovuşmaları mənim üçün çox böyük hədiyyədir. Hazırda uşaqların müalicəsi üçün 500-600 manata ehtiyacımız olur. Yardımsevər şəxslərdən bizə dəstək olmalarını xahiş edirəm”.

Ailə ilə əlaqə: (077) 579-77-23

“Leobank”: 4098 5844 9655 6208.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv