Bakıda torpaq qiymətləri buna görə BAHALAŞIB

Bakıda torpaq qiymətləri buna görə BAHALAŞIB






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Torpaq sahəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bakı şəhəri və Abşeron yarımadasında torpaq qiymətlərinin artımı müşahidə olunur.

presstvaz bildirir ki, bunu Trend-ə açıqlamasında Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin (AQC) sədri, iqtisadçı-ekspert Vüqar Oruc deyib.

O vurğulayıb ki, bunun ilk səbəbi ölkə əhalisinin sayının artmasıdır. Belə olduqda adambaşına düşən torpaq sahəsi azalır:

“Digər səbəb isə ölkədə iqtisadi artımın olmasıdır. Daşınmaz əmlak növləri içərisində ən önəmlisi torpaq sahələridir. Çünki digər daşınmaz əmlak növlərinin mövcud olması üçün mütləq şəkildə torpaq sahəsinin var olması zəruridir. Bakı Şəhərinin Baş Planına əsasən, müxtəlif infrastruktur layihələri həyata keçiriləcək ki, bunlar da torpaq qiymətlərinə təsir göstərəcək. Baş Planın həyata keçirilməsi üçün icra strukturları tərəfindən müəyyən normativ qaydalara ciddi əməl edilməsi tələb edilir. Əvvəllər çoxmərtəbəli yeni mənzillərin tikilməsi üçün müəyyən torpaq sahəsi ayrılırdı və həmin sahədə sahibkar daha çox tikinti sahəsi əldə etmək üçün sıx binalar inşa edirdi. Lakin indi normativ qaydalara əməl etmə tələbindən sonra tikinti üçün nəzərdə tutulan ərazidə daha az bina inşa etmək mümkün olur. Belə olduqda torpaq sahələrinin həm də mənzillərin qiyməti bahalaşır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv