Keçmiş olimpiyaçı narkotik ticarətinə görə FTB-nin siyahısına düşdü

Keçmiş olimpiyaçı narkotik ticarətinə görə FTB-nin siyahısına düşdü






presstv

"Presstv"az #ABŞ, #Dollar, #Ekstradisiya, #Kanada, #Kolumbiya, #Meksika, #Narkotik vasitələrin qanunsuz dövriyyəsi, #Snoubord

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Keçmiş olimpiya snoubordçusu Rayan Veddinq beynəlxalq narkotik ticarəti şəbəkəsinin təşkilinə görə ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) tərəfindən ən çox axtarılan cinayətkarlar siyahısında ilk 10-luğa düşüb.

presstvaz-ın xəbərinə görə, bu barədə “NBC News” nəşri məlumat verib.

“Dörd nəfərin ölümünə səbəb olduğu iddia edilən narkotik vasitələrin qanunsuz dövriyyəsi üzrə transmilli əməliyyatın təşkilində ittiham olunan keçmiş olimpiya snoubordçusu indi FTB-nin ən çox axtardığı 10 qaçaq siyahısındadır”, – deyə dərc olunmuş materialda bildirilib.

Veddinq böyük beynəlxalq narkotik ticarəti şəbəkəsinin təşkil edilməsində ittiham olunur ki, bu çərçivədə Kolumbiyadan Meksika ilə sərhəd vasitəsilə ABŞ-yə və Kanadaya mütəmadi olaraq yüzlərlə kiloqram kokain daşınıb. Qanunsuz fəaliyyəti dövründə onun bir neçə qətldə də əli olub.

Hazırda FTB ehtimal edir ki, cinayətkar Meksika ərazisində yaşayır və o, “silahlı və təhlükəli” hesab edilməlidir.

“Dövlət Departamenti Veddinqin həbsinə gətirib çıxara biləcək hər hansı məlumat üçün 10 milyon dollar məbləğində mükafat təklif edir, FTB isə onun saxlanılması, həbsi və ekstradisiyasına kömək edə biləcək məlumat üçün əlavə olaraq 50,000 dollar söz verir”, – deyə kanal qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv