Dövlət Gömrük Komitəsində maaş və təqaüd problemindən sonra MƏZUNİYYƏT QALMAQALI

Dövlət Gömrük Komitəsində maaş və təqaüd problemindən sonra MƏZUNİYYƏT QALMAQALI






presstv

"Presstv"az #Məzuniyyət, #Təhsil, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Dövlət Gömrük Komitəsi tərəfindən əməkdaşlara məzuniyyətlə bağlı qanunsuz şəkildə ərizə yazdırılır”.

presstvaz xəbər verir ki, bu iddia ilə “Qafqazinfo”ya bir qrup gömrük əməkdaşı müraciət edib. Onların sözlərinə görə, ötən il üzrə istifadə olunmamış məzuniyyət günləri 2025-ci ilin əsas məzuniyyətinə birləşdirilir.

DGK tərəfindən hüquqlarının pozulduğunu deyən işçilər bu prosesin onlara seçim haqqı verilmədən, iradələrinə zidd şəkildə həyata keçirildiyini deyirlər: “Əmək Məcəlləsinin 135.2-ci maddəsinə əsasən, əməkdaş iş ili ərzində məzuniyyətindən istifadə etmədikdə ona istifadə olunmamış günlərə görə kompensasiya ödənilməlidir. Eyni zamanda, məcəllənin 134.5-ci maddəsinə görə, tərəflərin qarşılıqlı razılığı ilə istifadə olunmamış məzuniyyət növbəti iş ilinə keçirilə bilər. Bənzər tələblər “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 87 və 91-ci bəndlərində də təsbit olunub. Həmin sənədə əsasən, gömrük əməkdaşları istifadə etmədikləri məzuniyyət günlərinə görə kompensasiya ala və ya bu günləri növbəti ilə keçirə bilərlər. Həmçinin əsasnamənin 109-cu bəndinə görə, əməkdaşlar hər il əsas məzuniyyətə çıxarkən biraylıq əməkhaqqı həcmində müavinət əldə etməlidirlər. Lakin Dövlət Gömrük Komitəsində baş verənlər bu hüquqi tələblərlə uzlaşmır”.

Şikayətçilərin iddiasına görə, işçilərə hətta 2024-cü ildən qalan istifadə edilməmiş məzuniyyət günlərindən yararlanmadan 2025-ci ilin məzuniyyətinə çıxmaq qadağan edilib. Nəticədə, əməkdaşlar həm istirahət hüququndan məhrum edilib, həm də onlara məzuniyyətə çıxdıqda verilməsi nəzərdə tutulan biraylıq müavinətin ödənilməməsi halı yaranıb.

Problemlə bağlı Dövlət Gömrük Komitəsinə müraciət ünvanladıq. Qurumdan sorğumuza belə cavab aldıq: “Gömrük orqanlarının vəzifəli şəxsləri qanunvericiliyə və müəyyən edilmiş qrafikə uyğun olaraq məzuniyyətə çıxırlar və bu zaman gömrük orqanlarının vəzifəli şəxslərinə qanunvericilikdə nəzərdə tutulan bütün ödənişlərin ödənilməsi təmin edilir”.

Qeyd edək ki, bir müddət öncə Dövlət Gömrük Komitəsində maaşlar da gecikdirilib. Belə ki, qurumun işçiləri ötən ilin oktyabrından bəri ala bilmədikləri əməkhaqqılarını bu il yanvarın sonunda əldə edə biliblər. Bu yöndə daha bir iddia isə Dövlət Gömrük Akademiyasında təhsil alan tələbələrin dekabr və yanvar ayları üçün təqaüdlərini ala bilmədikləri barədə də yayılmışdı.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv