Baş Prokurorluq və Milli Aviasiya Akademiyası arasında Anlaşma Memorandumu imzalandı

Baş Prokurorluq və Milli Aviasiya Akademiyası arasında Anlaşma Memorandumu imzalandı






presstv

"Presstv"az #Arif Paşayev, #Azərbaycan, #Kamran Əliyev, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Milli Aviasiya Akademiyası arasında əməkdaşlığın inkişafına dair Anlaşma Memorandumu imzalanıb.

presstvaz xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, 2025-ci ilin mart ayının 5-də Milli Aviasiya Akademiyasının (MAA) rektoru, akademik Arif Paşayev və Azərbaycan Respublikasının Baş prokuroru, hüquq üzrə fəlsəfə doktoru Kamran Əliyev arasında görüş keçirilib.

Görüşdə əməkdaşlıq haqqında 23 sentyabr 2020-ci il tarixində imzalanmış Saziş çərçivəsində MAA və Prokurorluq arasındakı səmərəli əlaqələri, kadr hazırlığı sahəsində qarşılıqlı fəaliyyətin əhəmiyyətini, habelə əldə olunan müsbət nəticələri nəzərə alaraq əməkdaşlığın daha da genişləndirilməsi məqsədilə müvafiq razılıq əldə olunub.

Memoranduma əsasən, Prokurorluq orqanlarının əməkdaşlarının tədrisdə, MAA-nın professor-müəllim heyətinin isə Prokurorluğa qəbul olunan və fəaliyyətdə olan əməkdaşlarının ixtisasartırma prosesində iştirak etməsi, hüquqi və elmi maarifləndirmə istiqamətində birgə təlim kurslarının, seminar və mühazirələrin təşkili, “Hüquqşünaslıq” ixtisası üzrə bakalavr pilləsində təhsil alan tələbələrin Prokurorluqda ictimai köməkçi (könüllü) qismində isə, MAA-nın professor-müəllim heyətinin prokurorluqda qanunvericilik aktlarının hazırlanması prosesinə cəlb edilməsi nəzərdə tutulur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv