“Gəlinqaya”nın əzəməti və gözəlliyi: Həmin qayalar necə yaranıb?

“Gəlinqaya”nın əzəməti və gözəlliyi: Həmin qayalar necə yaranıb?






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Lənkəran, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Kəndinə qayıt” verilişinin yeni buraxılışı yayımlanıb.

Verilişin budəfəki sayında Astara rayonunun Kakalos, Hamoşam və Toradi kəndlərinə səyahət edilib.

Astara rayonu Azərbaycanın cənubunda yerləşir. Bakıdan Astaraya getmək üçün 281 kilometr yol qət etmək lazımdır. 2019-cu ilin statistikasına görə, rayonda 108 634 nəfər yaşayır, onların əsas hissəsini talışlar təşkil edir.

Aparıcı Kəmalə Bədəlova Hamoşam kəndindən keçərək Astaranın ən ucqar yerlərindən biri olan “Gəlinqaya”ya üz tutub. “Gəlinqaya”nın əzəməti və gözəlliyi uzaqdan insanı heyran edir.

Bəs görəsən, həmin qayalar necə yaranıb?

Tarixçi Ağakərim Abdulov bu məkanın maraqlı hekayəsindən söz açıb.

“Qayalar haqqında belə bir əfsanə var ki, qədim zamanlarda Ərdəbildən Lənkərana gələn toy karvanının qarşısını əjdaha kəsir. O, karvandan gəlini istəyir. Bu zaman isə gəlin dua edir ki, əjdahaya qismət olmaqdansa, daşa dönsünlər. Sonra isə əjdaha və orada olan bütün insanlar daşa çevrilirlər”, – deyə tarixçi bildirib. Tarixçi həmçinin “12-dən sonra talışların başı işləmir” mifi haqqında danışıb.

“Bu mifi yaradan ruslardır. 1813-cü ildə onlar Lənkəranı ələ keçirmək üçün qalaya hücum edirlər. Dekabrın 31-i gecə saat 12-yə kimi qaladakılara vaxt verirlər ki, təslim olsunlar, əks halda onları ölümlə hədələyirlər. Amma qalaya rəhbərlik edən Sadıq xan son damla qanlarına qədər döyüşəcəklərini və təslim olmayacaqlarını bildirir. Gecə saat 12-də ruslar daha müasir silahlarla qalaya hücum edir, oradakıları qılıncdan keçirərək qalib gəlirlər. Bu mifi də ölümü gözə aldıqları, sözlərindən dönmədikləri üçün yaradıblar”, – A.Abdulov qeyd edib.

Ətraflı Baku TV-nin süjetində:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv