Amerikalı admiral: “Avropa NATO-nun dağılmasına hazırlaşır, öz ordularını yaratmaq istəyirlər”

Amerikalı admiral: “Avropa NATO-nun dağılmasına hazırlaşır, öz ordularını yaratmaq istəyirlər”






presstv

"Presstv"az #ABŞ, #Avropa, #Böyük Britaniy, #Böyük Britaniya, #Donald Tramp, #Fransa, #Münaqişə, #Ukrayna, #Vaşinqton

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Hazırda Avropa NATO-nun tam şəkildə dağılmasına hazırlaşır. Alyansın ABŞ ilə əməkdaşlığı başa çatmaq üzrədir”.

presstvaz xəbər verir ki, bu sözləri “Bloomberg”ə açıqlamasında NATO-nun Avropadakı qüvvələrinin keçmiş komandanı, ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan admiralı Ceyms Stavridis deyib.

Admiral qeyd edib ki, son vaxtlar Donald Tramp Administrasiyası NATO-nu daha çox tənqid edir və bunu açıq şəkildə edir.

“Misal üçün, ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens bildirib ki, Şimali Atlantika Alyansı Vaşinqtonun maraqlarına xidmət etmir. Bu isə ABŞ tərəfi ilə NATO arasında münasibətləri xeyli pisləşdirir” – deyə Ceyms Stavridis bildirib.

C.Stavridis vurğulayıb ki, vəziyyət ABŞ-nin beynəlxalq aləmdə atdığı addımlar nəticəsində gərginləşir.

“Vaşinqton Avropa İttifaqının (Aİ) Ukrayna ilə bağlı qətnaməsini dəstəkləməyib, həmçinin Avropanın təklif etdiyi münaqişənin həlli üsullarını rədd edib. Nəticədə Avropa Birliyində bir çoxları ABŞ ilə münasibətləri pozmağa başladılar. Məsələn, Fransa və Böyük Britaniya artıq Aİ-nin öz ordusunun yaradılmasının zəruriliyindən açıq şəkildə danışır. Bundan əlavə, Avropa İttifaqı xarici siyasətdə Vaşinqtondan ayrılmaq istəyir”, – deyə C.Stavridis qeyd edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv