Ataxan Bədəlov: “Vətəndaşların inzibati məsuliyyətə cəlb edilməsi yetərli olmur”

Ataxan Bədəlov: “Vətəndaşların inzibati məsuliyyətə cəlb edilməsi yetərli olmur”






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA), #Jurnalistlər, #Mətbuat konfransı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Suların istifadəsinə nəzarət elə bir sahədir ki, onun mühafizəsi zamanı vətəndaşların inzibati məsuliyyətə cəlb edilməsi yetərli olmur”.

presstvaz xəbər verir ki, bu sözləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Nəzarət Xidmətinin Suların istifadəsinə və mühafizəsinə nəzarət şöbəsinin müdiri Ataxan Bədəlov mətbuat konfransında jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, qlobal iqlim dəyişmələri fonunda dünyada baş verən içməli su problemi hər kəsə məlumdur:

“Respublikamızdakı vəziyyət də nəzərə alınaraq, suların mühafizəsini həyata keçirmək lazımdır. Bu istiqamətdə görülən tədbirlərin yerinə yetirilməsi bizim üçün prioritetdir. Suların istifadəsi elə bir sahədir ki, suyun mühafizəsinin vacibliyini vətəndaşlara onları inzibati məsuliyyətə cəlb etməklə aşılamaq mümkün deyil. Burada sudan düzgün istifadə ilə bağlı maarifləndirmə önəmli rol oynayır. Bu istiqamətdə işə gənclərin rolu böyükdür”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv