“Real Madrid” klubu UEFA Çempionlar Liqasında rekorda imza atıb

“Real Madrid” klubu UEFA Çempionlar Liqasında rekorda imza atıb






presstv

"Presstv"az #"Real Madrid", #Avropa, #Bavariya, #UEFA Çempionlar Liqası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Real Madrid” ötən axşam UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin ilk oyununda öz meydanında “Atletiko Madrid”i 2:1 hesabı ilə məğlub edib.

presstvaz “Opta”ya istinadən xəbər verir ki, bu qələbə “kral klubu”nun Çempionlar Liqası tarixində 300-cü zəfəri olub.

Mənbə təsnifat mərhələsinin oyunlarını nəzərə almayıb.

Beləliklə, “Real Madrid” Avropanın ən nüfuzlu klub yarışında 300 qələbə qazanan ilk klub olub. “Bavariya” ikinci yerdədir, lakin Münhen komandası çox geridədir – 237 qələbəsi var. Bu baxımdan, kiminsə nə vaxtsa “Real Madrid”ə çata biləcəyini söyləmək çətin görünür.

Qeyd edək ki, “Real Madrid” tarixində 15 dəfə qitənin əsas kubokunu başı üzərinə qaldırıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv