Bakıda şəhidin ailə üzvləri faciəli şəkildə HƏLAK OLDULAR

Bakıda şəhidin ailə üzvləri faciəli şəkildə HƏLAK OLDULAR






presstv

"Presstv"az #44 günlük Vətən müharibəsi, #Ailə, #Bakı, #Cəbrayıl, #Füzuli, #Hadisə, #Həkim, #Müharibə, #Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi, #Sabunçu rayonu, #Sağlamlıq, #Şəhidlər xiyabanı, #Şuşa, #Təcili Tibbi Yardım, #Vətən müharibəsi, #Zəhərlənmə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

44 günlük Vətən müharibəsi şəhidi Vahid Ağayevin valideynləri – Gülnaz Abdullayeva və atası Məcnun Abdullayev təcili yardım hadisə yerinə çatana qədər dünyalarını dəyişiblər.

presstvaz bildirir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) məlumatında deyilir.

“Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 03.03.2025-ci il tarixində saat 18:45-də Maştağa qəsəbəsi, H.Aslanov küçəsi ərazisində yerləşən həyət evindən dəm qazı zəhərlənməsi səbəbilə çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub. Təcili tibbi yardım briqadası tərəfindən 52 və 57 yaşlı iki nəfərin (qadın və kişi cinsli) həkiməqədər ölüm faktı qeydə alınıb”, – məlumatda bildirilir.

03 mart, 23:40

Bakıda 44 günlük Vətən müharibəsi şəhidi Vahid Ağayevin valideynləri həlak olublar.

presstvaz xəbər verir ki, bu barədə Vətən müharibəsi şəhidi mayor Vüsal Vəliyevin qardaşı Elyar İslamoğlu məlumat yayıb.

Hadisə axşam saatlarında, Sabunçu rayonunun Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, şəhidin anası Gülnaz Abdullayeva və atası Məcnun Abdullayev dəm qazından ölüblər.

Qeyd edək ki, Vahid Ağayev 1996-cı ilin sentyabrın 14-ündə Bakı şəhəri, Maştağa qəsəbəsində anadan olub. Ailədə öz əkiz qardaşı ilə birlikdə iki uşaq olublar.

2014-cü ildə Maştağadakı C.Cabbarlı adına 187 saylı məktəbi bitirib. 2020-ci ilin sentyabrın 29-da səfərbərlik yolu ilə II Qarabağ müharibəsinə yollanıb. Xocavənd, Füzuli, Cəbrayıl və Şuşada döyüşüb. 2020-ci il noyabrın 11-də Şuşada şəhid olub. 17 noyabr 2020-də Maştağadakı Şəhidlər Xiyabanında dəfn olunub.

Ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif olunub.

Vahid Ağayev subay idi. Onun ailəsindən yalnız sağlamlıq imkanları məhdud qardaşı sağ qalıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv