Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlıq müzakirə edilib






presstv

"Presstv"az #Azərbaycan, #DNT, #İqtisadiyyat Nazirliyi, #Mikayıl Cabbarov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İqtisadiyyat naziri Mikayıl Cabbarovun Xorvatiyaya səfəri çərçivəsində əməkdaşlığın genişləndirilməsi məqsədilə bu ölkənin bir sıra rəsmiləri və şirkət rəhbəri ilə görüşlər keçirilib.

presstvaz   xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Xorvatiyanın iqtisadiyyat naziri, Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə Birgə Komissiyanın həmsədri Ante Şuşnyar ilə işgüzar nahar formatında görüşdə ölkələrimiz arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi, özəl sektor, sərmayələrin təşviqi, enerji, turizm, əczaçılıq, tranzit daşımaları sahələri üzrə birgə fəaliyyətin perspektivləri barədə müzakirə aparılıb.

Xorvatiyanın ətraf mühitin mühafizəsi və yaşıl keçid naziri Mariya Vuçkoviç ilə görüşdə ölkələrimizin mühüm tərəfdaşlıq istiqaməti olan energetika sahəsində birgə fəaliyyətin şaxələndirilməsi barədə fikir mübadiləsi aparılıb. Yaşıl enerjiyə keçidi və səmərəli iqlim fəaliyyətini dəstəkləyən təşəbbüslər üzrə əməkdaşlıq imkanları dəyərləndirilib.

Xorvatiyanın “Prvo Plinarsko Druştvo” (PPD) şirkətinin rəhbəri Pavao Vuynovak ilə görüş zamanı şirkətin Azərbaycanla əməkdaşlıq potensialı, enerji və qida sənayesi sahələrində fəaliyyətin əlaqələndirilməsi imkanları haqqında fikir mübadiləsi aparılıb.

İqtisadiyyat naziri Mikayıl Cabbarov Xorvatiyanın iqtisadiyyat naziri Ante Şuşnyar ilə işgüzar nahar formatında görüşüb.

presstvaz   xəbər verir ki, Mikayıl Cabbarov bu barədə özünün “X” sosial şəbəkə hesabında bildirib:

“Xorvatiyaya səfərimiz çərçivəsində bu ölkənin iqtisadiyyat naziri, Azərbaycan və Xorvatiya arasında iqtisadi əməkdaşlığı təşviq etmək məqsədilə Birgə Komissiyanın həmsədri Ante Şuşnyar ilə işgüzar nahar formatında görüş keçirdik.

Ölkələrimiz arasında ticarət əlaqələrinin inkişaf etdirilməsi, biznes əməkdaşlığının dəstəklənməsi, sərmayələrin təşviqi, enerji, turizm, əczaçılıq, tranzit daşımaları sahəsində birgə fəaliyyətin perspektivləri barədə müzakirələr apardıq”.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv