Sədaqət Qəhrəmanova: “Xəstəxanalara məişət zorakılığı ilə bağlı müraciət edənlər olur”

Sədaqət Qəhrəmanova: “Xəstəxanalara məişət zorakılığı ilə bağlı müraciət edənlər olur”






presstv

"Presstv"az #Ailə, #Ədliyyə Nazirliyi, #Məişət zorakılığı, #Orta məktəb, #Psixoloq, #Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, #Səhiyyə Nazirliyi, #Təhsil, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Monitorinq qrupunun əsas fəaliyyət istiqaməti qurumlar arası əlaqələndirmə həyata keçirib, monitorinq aparmaqdır”.

presstvaz   xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsində yaradılan “Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupu”nun ilk iclası ilə bağlı keçirilən brifinqdə Məişət zorakılığının qarşısının alınması sahəsində monitorinq və əlaqələndirmə qrupunun sədri Sədaqət Qəhrəmanova deyib.

O bildirib ki, məişət zorakılığının qarşısının alınması istiqamətində hər qurumun üzərinə bir vəzifə düşür:

“Səhiyyə Nazirliyinin əlaqələri, əhatə dairəsi genişdir. Xəstəxanalara məişət zorakılığı ilə bağlı müraciət edən şəxslər olur. Onlar barəsində məlumatların toplanması lazımdır. Səhiyyə sistemində bu imkan var. Daha sonra Təhsil Nazirliyinin rolu danılmazdır. Çünki zorakılıqdan daha çox təsirlənən uşaqlardır. Onlar zorakılığın daşıyıcıları olurlar. Orta məktəblərdə fəaliyyət göstərən psixoloqlar zorakılıq mühitində duran uşaqları müəyyən etməli onlarla iş görməlidirlər.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə biz sıx əlaqədəyik. Çünki zorakılığa məruz qalan şəxslərin sığınacaqlara yerləşdirilməsində onların rolu böyükdür.

Ədliyyə Nazirliyi bəzən hesabat çıxarır ki, məişət zorakılığına məruz qalan olmayıb. Amma məişət zorakılığı deyəndə kiminsə döyülməsi nəzərdə tutulmamalıdır. Burada psixoloji, mənəvi, iqtisadi zorakılıq da məişət zorakılığıdır. Məsələn, boşanma faktlarında aliment ödənilməməsi iqtisadi zorakılıqdır. Bunlar da siyahıya salınmalıdır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv