“Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara dəyişiklik edilib

“Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara dəyişiklik edilib






presstv

"Presstv"az #Azərbaycan, #Bələdiyyə, #Milli Məclis, #Nazirlər Kabineti, #Peşə təhsili, #Sərəncam, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Təhsil haqqında” və “Peşə təhsili haqqında” qanunlara bir sıra dəyişiklik edilib.

presstvaz   xəbər verir ki, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Anar İskəndərov deyib.

“Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamlarından irəli gələn tələblərin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 13 dekabr Sərəncamı ilə “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2024-2026-cı illərdə əhalinin məşğulluq imkanlarının artırılmasına dair Tədbirlər Planı” təsdiq edilib. Təklif olunan bu dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025-2026, 2026-2027, 2027-2028-ci tədris illəri üzrə dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş şəxslərin təhsil aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulub. Qüvvədə olan qanunvericiliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə məskunlaşması nəzərdə tutulan əhaliyə münasibətdə peşə təhsili üzrə təhsil haqqının dövlət büdcəsi vəsaiti hesabına ödənilməsinə dair hər hansı normativ tənzimləmə mövcud deyil”, – deyə komitə sədri əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv