İcma: “Aİ-Ermənistan Parlament Tərəfdaşlıq Komitəsinin yekun sənədini tamamilə rədd edirik”

İcma: “Aİ-Ermənistan Parlament Tərəfdaşlıq Komitəsinin yekun sənədini tamamilə rədd edirik”






presstv

"Presstv"az #Avropa, #Azərbaycan, #Ermənistan, #Hakim, #Məcburi köçkün, #Müharibə, #Müharibə cinayətləri, #Münaqişə, #Xocalı soyqırımı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Avropa İttifaqı-Ermənistan Parlament Tərəfdaşlıq Komitəsinin 25 fevral 2025-ci ildə keçirilmiş iclasında qəbul edilmiş yekun sənədini qınayır və tamamilə rədd edirik”.

presstvaz   xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcması bəyanat yayıb.

Bildirilib ki, Avropa Parlamenti və Ermənistan parlamenti tərəfindən qəbul edilmiş bu sənəd irqçilik, insan hüquqlarına hörmətsizlik, Azərbaycanın ərazi bütövlüyünə qəsd xarakteri daşıyır və regionda yeni müharibənin yaradılmasına xidmət edir:

“Azərbaycan ərazilərinin 20 faizini işğal edərək minə yaxın şəhər və kəndi dağıtmış, 20 mindən artıq azərbaycanlını Azərbaycan ərazisində qətlə yetirmiş, 4 000 azərbaycanlını məcburi itkin düşməyə məruz qoymuş, milyonlarla mina və partlamamış hərbi sursatla Azərbaycan ərazilərinin 13 faizini çirkləndirmiş Ermənistan “demokratiya” təcəssümü və “sülh göyərçini” kimi qələmə verilir. Sanki irqçi ideologiya əsasında öz ərazisindən və vaxtilə işğal etdiyi Azərbaycan ərazilərindən bir milyondan artıq azərbaycanlını etnik təmizləməyə məruz qoymuş Ermənistan deyil. Azərbaycanlı qaçqın və məcburi köçkünlərin taleyinə 30 ildən çox biganə yanaşanların indi Azərbaycanın Qarabağ bölgəsindən könüllü köçüb getmiş ermənilərlə bağlı məsələləri qaldırması açıq-aşkar irqi ayrı-seçkiliyin nümunəsidir. Ermənistanda kütləvi və sistematik şəkildə dağıdılan Azərbaycan mədəni irsi, azərbaycanlıların pozulmuş mülkiyyət hüquqları və onların qayıdış hüququ məsələsini görməzdən gələn Avropa Parlamentinin insan hüquqları və humanitar hüquq məsələsindən danışmağa mənəvi haqqı yoxdur”.

“Xocalı soyqırımının ildönümündə həmin soyqırımını törətməkdə şübhəli bilinərək məhkəmə qarşısına çıxarılmış şəxslərin azadlığa buraxılmasına dair çağırış etmək məhkəmə müstəqilliyinə qarşı yönəlməklə, Xocalı qurbanlarının xatirəsinə hörmətsizlikdir. Bu cür çağırışlar faktiki olaraq, Ermənistan tərəfindən Azərbaycan xalqına qarşı müharibə cinayətlərinə haqq qazandırır, Ermənistana cəzasızlıq vəd edir və onu bu cür cinayətləri təkrarlamağa cəsarətləndirir.

Militarist məqsədlərə xidmət edən “Avropa Sülh Fondu” və Avropa İttifaqının Ermənistandakı missiyasına (EUMA) sənəddə edilən çoxsaylı istinadlar Avropa İttifaqının Ermənistanın hərbiləşdirilməsini bundan sonra da davam etdirəcəyinin göstəricisidir.

ATƏT-in keçmiş Minsk Qrupu adlı qondarma quruma, onun mənfur “Madrid prinsipləri”nə istinad bu bəyanatın müəlliflərinin əsl niyyətinin bölgədə yenidən münaqişə yaratmaq olmasına şübhə yeri qoymur.

Xüsusilə ciddi diqqət yetirilməli məqam ondan ibarətdir ki, bu bəyanata Ermənistanın hakim partiyasının çoxluq təşkil etdiyi parlamenti də razılıq verib. Bu onu sübut edir ki, Ermənistan hökuməti sülh danışıqlarında səmimi deyil və bu danışıqlardan özünün kütləvi silahlanma proqramını başa çatdırmaq üçün örtük kimi istifadə edir.

Biz beynəlxalq ictimaiyyəti Ermənistanın və Avropa İttifaqının insan hüquqlarına, sülhə qarşı bu addımlarına qarşı çıxmağa çağırırıq”, – deyə bəyanatda qeyd olunub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv