Nyu-Yorkun hər dörd sakinindən biri yoxsuldur

Nyu-Yorkun hər dörd sakinindən biri yoxsuldur






presstv

"Presstv"az #ABŞ, #Ailə, #Araşdırma, #Dollar, #Kolumbiya, #Nyu-York, #pandemiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Kolumbiya Universiteti və “Robin Hood” təşkilatının hesabatına görə, Nyu-Yorkun hər dörd sakinindən biri mənzil və yemək kimi əsas ehtiyaclar üçün vəsait çatışmazlığı ilə üzləşir, çoxları tibbi yardımdan məhrumdur.

presstvaz   xəbər verir ki, bu barədə araşdırmanın nəticələrinə istinadən “The New York Times” nəşri məlumat yayıb.

Tədqiqat göstərib ki, 2023-cü ildə yoxsulluq içində yaşayan Nyu-York sakinlərinin sayı ABŞ-dəki orta göstəricidən təxminən iki dəfə (iki il ərzində yeddi faiz) artıb.

Qeyd olunur ki, yoxsulluğun artması pandemiya zamanı mövcud olan genişləndirilmiş dövlət yardımının ləğv edilməsi ilə bağlıdır.

Hesabatda göstərilib ki, şəhər sakinlərinin 58 faizinin (4,8 milyon nəfər) gəlirləri yoxsulluq həddindən iki dəfə aşağıdır. Qaradərililər, ispandillilər və asiyalılar arasında yoxsulluq səviyyəsi ağdərililərdən iki dəfə yüksəkdir.

Mütəxəssislər bildirirlər ki, problemin əsas səbəbi yaşayış sahələrinin qiymətinin artması və mənzil çatışmazlığıdır. İş yerlərinin olmasına baxmayaraq, çoxlarının kirayə və yemək üçün pulu yetmir. Təklif olunan tədbirlər, o cümlədən hər uşağa görə 1000 dollara qədər vergi güzəştləri yoxsulluqla üzləşən ailələrin sayını 17 faiz azalda bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv