Qarlı havaya görə ziyan dəymiş avtomobillərin sayı AÇIQLANDI

Qarlı havaya görə ziyan dəymiş avtomobillərin sayı AÇIQLANDI






presstv

"Presstv"az #Avto, #Azərbaycan, #Azərbaycan Sığortaçılar Assosiasiyası, #Bakı, #Hadisə, #Nəqliyyat, #Qarlı hava şəraiti

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu il fevralın 21-dən etibarən ölkə ərazisində qeydə alınan qarlı hava şəraiti nəticəsində qeydə alınan sığorta hadisələrinin sayı məlum olub.

presstvaz-ın məlumatına görə, bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasından (ASA) “APA-Economics”in sorğusuna cavab olaraq bildirilib ki, fevral ayının 24-nə olan məlumata görə, 7 sığorta şirkətinə sığortalanmış avtonəqliyyat vasitələri və daşınmaz əmlaklara dəymiş zərərlə bağlı ümumilikdə 1 496 müraciət daxil olub. Bu müraciətlərin 1 257-si “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü, 235-i “Kasko” sığorta növü, 4-ü isə “Daşınmaz əmlakın icbari sığortası” növü üzrə baş vermiş hadisələrlə əlaqədar olub. Sığorta şirkətlərinə daxil olmuş müraciətlər üzrə hadisələrin böyük əksəriyyəti Bakıda qeydə alınıb.

ASA-dan qeyd edilib ki, sığorta şirkətlərinin verdiyi məlumata görə, 1 496 hadisədən 1 010 hadisə üzrə ehtimal olunan zərər məbləği 652 min manat müəyyən olunub, 486 hadisə üzrə isə zərər qiymətləndirməsi prosesi aparılır.

“Hazırda daxil olmuş bütün müraciətlərə dair hadisələr tənzimləmə və zərər qiymətləndirilməsi mərhələsindədir və sığorta hadisəsi kimi tanınan hər bir hadisə üzrə sığorta ödənişlərinin həyata keçirilməsi nəzərdə tutulur”, – Assosiasiyadan əlavə edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv