“Improtex Group” “IDEX 2025” sərgisində istehsal etdiyi texnikaları təqdim edib

“Improtex Group” “IDEX 2025” sərgisində istehsal etdiyi texnikaları təqdim edib






presstv

"Presstv"az #Avropa, #Azərbaycan, #Müdafiə Sənayesi Nazirliyi, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

17-21 fevral 2025-ci il tarixlərində Əbu-Dabidə keçirilən dünyanın ən böyük müdafiə sənayesi sərgilərindən biri olan “IDEX 2025” çərçivəsində “Improtex Group Azərbaycan” Müdafiə Sənayesi Nazirliyinin dəstəyi ilə sərgidə iştirak edib.

“Improtex Group” sərgidə Azərbaycanda istehsal olunan “Revival” minatəmizləmə maşınlarını təqdim edib. Şirkət qonaqlara və beynəlxalq tərəfdaşlara innovativ texnologiyalar əsasında hazırlanmış minatəmizləmə texnikaları barədə ətraflı məlumat verib. Stenddə nümayiş olunan “Revival M” və “Revival T” minatəmizləyən maşınları, onların texniki imkanları və real əməliyyat sahələrində effektivliyi barədə geniş təqdimat keçirilib.

Sərgidə “Improtex Group” ilə Səudiyyə Ərəbistanının nüfuzlu “Jassara Group for Business” şirkətlər qrupu arasında qarşılıqlı anlaşma memorandumu (MoU) imzalanıb. Memorandum çərçivəsində Azərbaycanda istehsal olunan “Revival” minatəmizləmə texnikalarının Səudiyyə Ərəbistanı bazarında ixracı və bu sahədə əməkdaşlıq imkanlarının genişləndirilməsi nəzərdə tutulur.

Sərgidə Avropa və digər ölkələrindən olan nümayəndələr “Revival” minatəmizləmə texnikalarına böyük maraq göstəriblər. İstehsal edilən texnikalara belə diqqətin ayrılması bu texnikaların qlobal bazara da eksport potensialının artmasının göstəricisidir.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv