“Google” bu ölkəyə 326 milyon avro ödəyəcək

“Google” bu ölkəyə 326 milyon avro ödəyəcək






presstv

"Presstv"az #Cinayət işi, #Dollar, #Fransa, #Google, #İtaliya, #Milan, #Paris

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Google” şirkəti İtaliyada ona qarşı vergidən yayınma işi üzrə məhkəmə mübahisəsinin sülh yolu ilə həlli üçün İtaliya hökumətinə 326 milyon avro ödəməyə razılaşıb.

presstvaz Trend-ə istinadən xəbər verir ki, bu barədə xarici KİV-lər məlumat yayıb.

Məlumata görə, “Google”ın bu addımından sonra Milan prokurorluğu ona qarşı açılmış cinayət işinə xitam verməyə hazırlaşır.

Qeyd edək ki, Milan şəhər prokurorluğu 2015-2019-cu illərdə “Google” şirkətininin əldə etdiyi qazanclara görə İtaliyanın vergi orqanlarına ödəniş etməməsi ilə bağlı istintaq açmışdı. İstintaq sənədində şirkətin serverlərinin və başqa infrastrukturunun İtaliyada yerləşməsi əsas gətirilib və diqqət şirkətin reklam satışlarından əldə etdiyi gəlirlərə yönəldilib.

Xatırladaq ki, bundan əvvəl “Google” şirkəti Fransa hökuməti ilə oxşar məhkəmə mübahisəsinə görə Parisə 1 milyard dollar ödəmişdi.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv