Süni intellekt bazarında yeni oyunçu: Keçmiş top-menecer öz startapını işə salır

Süni intellekt bazarında yeni oyunçu: Keçmiş top-menecer öz startapını işə salır






presstv

"Presstv"az #ABŞ, #Astana, #ChatGPT, #OpenAI, #Süni intellekt, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Süni intellekt dünyası böyük dəyişikliklərin astanasındadır. ABŞ-nin “OpenAI” şirkətində əvvəllər texnologiya direktoru (top-menecer) vəzifəsində olan Mira Murati süni intellekt texnologiyaları sahəsində əsl inqilab vəd edən özünün “Thinking Machines Lab” startapının yaradıldığını elan edib.

presstvaz-ın məlumatına görə, bu barədə şirkətin “X”də dərc edilmiş məlumatında bildirilib.

Paylaşımda deyilib ki, “Thinking Machines Lab” startapı “ChatGPT”, “Character.ai”, “PyTorch” və “Mistral” kimi ən çox istifadə olunan süni intellekt məhsullarının yaradılmasında iştirak etmiş alimləri, mühəndisləri və tərtibatçıları öz sıralarında birləşdirib.

Bildirilib ki, şirkətin baş direktoru Mira Murati, texnologiya direktoru isə “ChatGPT” layihəsinin həmmüəllifi və “OpenAI” şirkətinin keçmiş tədqiqatlar üzrə vitse-prezidenti Barret Zof olub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv