Tasmaniyada 150-dən çox qara balina sahilə çıxdı: 14-ü TƏLƏF OLDU

Tasmaniyada 150-dən çox qara balina sahilə çıxdı: 14-ü TƏLƏF OLDU






presstv

"Presstv"az #Avstraliya, #Həkim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Avstraliyaya məxsus Tasmaniya adasının şimal-qərbində 150-dən çox qara balina sahilə çıxıb. Onlardan 14-ü artıq tələf olub.

presstvaz-ın məlumatına görə, bu barədə yerli Təbii Sərvətlər və Ətraf Mühitin Mühafizəsi Departamentindən bildirilib.

Bildirilir ki, dəniz canlıları Artur çayının okeana töküldüyü yerə yaxın ərazidə aşkar edilib.

“İlkin müşahidələr göstərir ki, 136 qara balina hələ də sağdır, departament Tasmaniya Parklar və Vəhşi Təbiət Xidmətinin səlahiyyətli əməkdaşları ilə birlikdə müvafiq cavab tədbirləri hazırlayır”, – deyə qurumdan qeyd edilib.

Bununla belə vurğulanıb ki, sahilə çıxmış heyvanlara kömək göstərmək çətin olacaq, çünki ucqar sahilə çətin giriş və ixtisaslaşmış avadanlığın çatdırılmasında problemlər var.

Ərazidə sağ qalmış qara balinaların vəziyyətini qiymətləndirən baytar həkimlər və dəniz bioloqları işləyirlər, onlardan bəzilərini dayaz sudan çıxarmağa cəhd edirlər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv