Sahibə Qafarova: “Dövlətlərin daxili işlərinə qarışılması bütün problemlərin qaynağına çevrilib”

Sahibə Qafarova: “Dövlətlərin daxili işlərinə qarışılması bütün problemlərin qaynağına çevrilib”






presstv

"Presstv"az #Azərbaycan, #Bakı, #Belarus, #COP29, #İlham Əliyev, #Milli Məclis, #Sahibə Qafarova

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Bir il əvvəl Azərbaycan Milli Məclisi Asiya Parlament Assambleyasının (APA) sədrliyini qəbul edib. APA-nın inkişafı, sıralarımızın genişlənməsi və səmərəliliyin artırılması prioritetlərimizdəndir”.

presstvaz   xəbər verir ki, bunu Bakıda Azərbaycanın sədrliyi ilə keçirilən Asiya Parlament Assambleyasının 15-ci plenar sessiyasında Milli Məclisin sədri Sahibə Qafarova deyib.

O bildirib ki, APA-nın icraedici şurasında iki müraciətə baxılıb:

“Bunlardan biri Omanın assambleyaya tam üzvlüyü, digəri isə Belarus Respublikasının müşahidəçi üzv statusu ilə bağlı vəsatətə baxılmasıdır. İnanıram ki, bu iki müraciətə müsbət cavab veriləcək və bizim sıralarımız daha da genişlənəcək”.

“Prezident İlham Əliyevin qeyd etdiyi kimi, dünyanın ehtiyacı olan məsələ beynəlxalq öhdəliklərə əməl edilməsidir. Lakin dövlətlərin daxili işlərinə qarışılması bütün problemlərin qaynağına çevrilib. Azərbaycan da 30 il bu problemdən əziyyət çəkib və ərazilərini yalnız öz gücünə işğaldan azad edib. Azərbaycan həmişə səmərəli və çoxtərəfli sistemin tərəfdarı olub. Ölkəmizin Qoşulmama Hərəkatına 4 illik sədrliyi bunun nümayişidir. Həmçinin Azərbaycanın rəhbərliyi altında COP29-da əldə edilən uğurlar ölkəmizin səmərəliliyə verdiyi töhfənin sübutudur”, – deyə spiker əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv