Yerin fırlanma sürəti anomal dərəcədə artıb: Dünya vaxtından bir saniyə çıxara bilərlər

Yerin fırlanma sürəti anomal dərəcədə artıb: Dünya vaxtından bir saniyə çıxara bilərlər






presstv

"Presstv"az #Buzlaqların əriməsi, #Qlobal istiləşmə, #Rusiya, #Yer kürəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Alimlər belə bir ehtiyac yaranarsa, dünya vaxtından bir saniyə çıxara bilərlər.

presstvaz-ın xəbərinə görə, bu barədə “RIA Novosti”yə müsahibəsində Ümumrusiya Elmi-Tədqiqat Fiziki-Texniki və Radiotexniki Ölçmələr İnstitutunun baş direktoru Sergey Donçenko danışıb.

O, institutun əməkdaşı Vitali Palçikovun son illərdə Yerin fırlanma sürətinin çox sürətlə artdığı və bu effekti kompensasiya etmək üçün 2029-cu ilə qədər bir saniyəni çıxarmaq lazım olacağı barədə açıqlamasını şərh edib.

Donçenkonun sözlərinə görə, bir saniyənin əlavə edilməsi və ya çıxarılması kimi texniki tapşırıq uzun müddətdir ki, heç bir problem yaratmayıb. O qeyd edib ki, Yer müntəzəm olaraq gah yavaşlayır, gah sürətlənir və hazırda sürətlənmə rejimindədir. Ancaq alimlər bunun niyə baş verdiyini bilmirlər.

“Mümkün səbəblərdən biri qlobal istiləşmə, buzlaqların əriməsi və su kütləsinin yenidən bölüşdürülməsidir”, – deyə Sergey Donçenko qeyd edib.

“İndi Yer kürəsi istinir və onun daxilində güclənmiş proseslər gedir. Üstəlik, bu proses emissiyalar səbəbindən baş vermiş olmaya bilər və çətin ki, ciddi kataklizmin də xəbərçisi olsun”, – deyə baş direktor əlavə edib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv