Makronun fövqəladə Ukrayna sammiti nəticəsiz bitdi

Makronun fövqəladə Ukrayna sammiti nəticəsiz bitdi






presstv

"Presstv"az #Almaniya, #Avropa, #Böyük Britaniy, #Böyük Britaniya, #Danimarka, #Fransa, #İspaniya, #İtaliya, #Münaqişə, #Niderland, #Paris, #Polşa, #Ukrayna

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Səkkiz Avropa ölkəsinin liderləri, həmçinin Aİ və NATO-nun nümayəndələri arasında Parisdə təşkil olunan danışıqlar birgə bəyanat olmadan başa çatıb.

Bununla da, Fransa Prezidenti Emmmanuel Makronun təşəbbüsü ilə çağırılan Ukrayna münaqişəsinə dair fövqəladə toplantı nəticəsiz qalıb.

presstvaz   BFMTV telekanalına istinadən xəbər verir ki, görüş Yelisey sarayında keçirilib.

Təxminən üç saat davam edən danışıqların nəticəsində heç bir ümumi bəyanat imzalanmayıb. Qeyd edilir ki, bu, iştirakçılar arasında Ukraynaya hərbi kontingent göndərilməsi ilə bağlı yaranan fikir ayrılıqları ilə əlaqədar ola bilər.

Qeyd edək ki, Makron Parisdə keçirilən qeyri-rəsmi görüşə Almaniya, İtaliya, Polşa, İspaniya, Niderland və Danimarka, həmçinin Böyük Britaniya liderlərini dəvət edib. Danışıqlarda Ukraynaya təqdim edilə biləcək təhlükəsizlik zəmanətləri müzakirə edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv