İncəsənət Gimnaziyasında təmir işləri niyə dayandırılıb?

İncəsənət Gimnaziyasında təmir işləri niyə dayandırılıb?






presstv

"Presstv"az #Azərbaycan, #İncəsənət Gimnaziyası, #Təhsil, #Təmir işləri, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Təmirə bağlanan incəsənət gimnaziyasının binasında işlər dayandırılıb.

presstvaz   Xəzər TV-yə istinadən məlumat verir ki, ötən ilin iyun ayından təmirə bağlansa da, Azərbaycan Milli Konservatoriyasının nəzdindəki İncəsənət Gimnaziyasında işlər dayandırılıb.

Valideynlərin sözlərinə görə, növbəti tədris ilində də məktəbin istifadəyə verilib-verilməyəcəyi sual altındadır.

Gimnaziyadan bildirilib ki, şagirdlərin təhsilləri dayandırılmayıb, onlar 189 və 190 nömrəli məktəblərə köçürülüb. Lakin valideynlərin sözlərinə görə, buradakı təhsil gimnaziyadan fərqlidir. Şagird sıxlığı, eləcə də ikinci növbədə, sinif otaqları boşaldılandan sonra dərslərin keçirilməsi valideynlərin narazılığına səbəb olub.

Məsələ ilə bağlı Elm və Təhsil nazirliyindən bildirilib ki, İncəsənət Gimnaziyası binasının bərpa-gücləndirilməsi çərçivəsində layihə işlərinin təkmilləşdirilməsi həyata keçirilir. Proses başa çatdıqdan sonra müvafiq sənədlər aidiyyəti dövlət qurumlarına təqdim ediləcək və təsdiq olunduqdan sonra əsaslı təmir işləri davam etdiriləcək.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv