Rusiyada neft nasos stansiyasına dronlarla hücum edildi

Rusiyada neft nasos stansiyasına dronlarla hücum edildi






presstv

"Presstv"az #Qazax, #Qazaxıstan, #Rusiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Xəzər Boru Kəməri Konsorsiumunun “Kropotkinsk” neft nasos stansiyası Rusiya ərazisində pilotsuz uçuş aparatlarının (PUA) hücumuna məruz qalıb və istismardan çıxarılıb.

presstvaz   xəbər verir ki, bu barədə konsorsiumun yaydığı məlumatda deyilib.

Bildirilib ki, hücum yeddi dron vasitəsilə həyata keçirilib. Stansiyanın əməkdaşları arasında xəsarət alan yoxdur, işçilər neftin dağılması təhlükəsinin qarşısını alıblar.

Sistem vasitəsilə neftin nəqli zədələnmiş stansiyadan yan keçməklə aşağı salınmış rejimdə həyata keçirilir.

Qeyd edək ki, Xəzər Boru Kəməri Konsorsiumu Rusiya, Qazaxıstan, eləcə də xarici hasilat şirkətlərinin iştirakı ilə beynəlxalq neft nəqli şirkətidir. Uzunluğu 1.5 min kilometrdən çox olan Xəzər magistral neft kəmərinin tikintisi və istismarı üçün yaradılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv