Əlcəzairdən Fransaya ÇAĞIRIŞ: “Törətdiyin zülm və fəlakətlərin izlərini təmizlə”

Əlcəzairdən Fransaya ÇAĞIRIŞ: “Törətdiyin zülm və fəlakətlərin izlərini təmizlə”






presstv

"Presstv"az #Fransa

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Fransa Əlcəzairdə törətdiyi zülm və fəlakətlərin izlərini təmizləməlidir”.

presstvaz  xəbər verir ki, bu fikirləri “Report”un Fransa bürosuna açıqlamasında Əlcəzair Milli Azadlıq Cəbhəsi Partiyasının (FLN) rəhbəri Amşavı El Malek bildirib.

Partiya rəhbəri qeyd edib ki, Fransa Əlcəzairdən qızıl və brilyant oğurlayıb, amma xalq bu pulları geri istəmir, əlcəzairlilər Fransanın onlardan taladığını rəsmi şəkildə təsdiqləməsini tələb edirlər:

“Bizə pul lazım deyil. Fransa Əlcəzairdən qızıl və brilyant oğurlayıb, amma biz bunları geri istəmirik. Fransa vaxtilə Əlcəzairi soyub, talan edib. Bundan əlavə, Fransa Əlcəzairdə 145 nüvə sınağı keçirib və bu sınaqlar nəticəsində minlərlə soydaşımız həyatını itirib. Bu nüvə sınaqlarının qalıqları və vurduğu ziyanlar hələ də qalır. Biz tələb edirik ki, Fransa Əlcəzairdə törətdiyi zülm və fəlakətlərin izlərini gəlib təmizləsin. Biz əlcəzairlilər Fransanın Əlcəzairdən talan edib apardıqlarını tanımasını tələb edirik”, – o vurğulayıb.

A.E.Malek əlavə edib ki, Fransa “insan hüquqlarının beşiyi” ölkəsi adına layiq deyil:

“Fransa Əlcəzairin şəhid oğullarının kəllələrini muzeydə nümayiş etdirir. Özünü “insan hüquqlarının beşiyi” adlandıran bir ölkə üçün bu, utancverici bir hərəkətdir”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv