HƏMAS Qəzzanın idarəçiliyini Fələstin Milli Administrasiyasına verməyə hazırdır – ŞƏRTİ VAR

HƏMAS Qəzzanın idarəçiliyini Fələstin Milli Administrasiyasına verməyə hazırdır – ŞƏRTİ VAR






presstv

"Presstv"az #HƏMAS hərəkatı, #İsrail, #Misir, #Qəzza, #Qəzza zolağı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Radikal HƏMAS hərəkatı Fələstin Azadlıq Təşkilatına məktub göndərərək, Qəzza zolağını Fələstin Milli Administrasiyasının və hökumət komitəsinin idarəçiliyinə verməyə hazır olduğunu bildirib.

presstvaz-ın xəbərinə görə, bu barədə “Sky News Arabia” telekanalı mənbələrə istinadən məlumat verib.

Mənbələrin məlumatına görə, eyni zamanda HƏMAS şərt irəli sürüblər. Bu şərtə əsasən, Qəzza məmurları yeni administrasiyada iş yerləri ilə təmin olunmalı, işdən çıxarılacaqları təqdirdə isə maaş almağa davam etməlidirlər.

Qeyd olunur ki, radikal hərəkat bu qərarı nümayəndə heyətinin Qahirədə apardığı danışıqlardan sonra Misirin güclü təzyiqi nəticəsində qəbul edib.

Qeyd edək ki, fevralın 15-də Misirin “Əl-Qahirə əl-İxbariya” telekanalı mənbəyə istinadən xəbər vermişdi ki, HƏMAS vasitəçilərə İsraillə atəşkəs razılaşmasına əməl etmək niyyətində olduğunu və gələcəkdə Qəzza zolağının idarə olunmasında iştirak etmək istəmədiyini bildirib. Mənbənin versiyasına görə, Misir müvəqqəti komitənin yaradılması ilə bağlı intensiv məsləhətləşmələr aparır ki, bu komitə anklavın sakinlərinə yardım göstərilməsi və onun bərpa olunmasına cavabdeh olacaq.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv