Ukraynada prezident seçkisinin tarixi açıqlandı

Ukraynada prezident seçkisinin tarixi açıqlandı






presstv

"Presstv"az #Mərkəzi Seçki Komissiyası (MSK), #Pyotr Poroşenko, #Ukrayna, #Volodimir Zelenski

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ukraynanın keçmiş Prezidenti Pyotr Poroşenko ölkədə prezident seçkisinin 26 oktyabrda keçiriləcəyini iddia edib.

presstvaz   xəbər verir ki, bu barədə strana.ua məlumat yayıb.

Poroşenko bu iddiasını hazırkı dövlət başçısı Volodimir Zelenskinin ofisindəki mənbələrə, hüquq-mühafizə orqanlarına istinad edərək irəli sürüb.

“Qeyd edin: bu ilin 26 oktyabrı”, – deyə Poroşenko Ukraynada seçkinin nə vaxt keçirilə biləcəyi ilə bağlı suala cavab verib.

Poroşenkonun sözlərinə görə, Mərkəzi Seçki Komissiyası (MSK) hazırda seçicilərin reyestrinə dəyişikliklər edir.

Qeyd edək ki, Ukraynada prezident seçkisi 2024-cü ilin mart ayında keçirilməli idi. Lakin ölkədəki hərbi vəziyyət seçkiyə imkan verməyib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv