Ən sürətli interneti olan ölkələrin adı açıqlanıb

Ən sürətli interneti olan ölkələrin adı açıqlanıb






presstv

"Presstv"az #Azərbaycan, #Fransa, #Honkonq, #Kuba, #Qətər, #Suriya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ookla” analitik şirkəti 2025-ci il yanvar ayı üçün ölkələr üzrə internet sürətinin reytinqini açıqlayıb.

presstvaz gazeta.ru-ya istinadən xəbər verir ki, Sinqapur sabit genişzolaqlı internetin sürəti üzrə liderdir, mobil internetin sürəti üzrə isə lider Birləşmş Ərəb Əmirlikləridir (BƏƏ).

Sinqapurda yükləmə sürəti 336.45 Mbit/s-ə təşkil edib. Reytinqdə sonrakı yerləri BƏƏ (310.05 Mbit/s), Honkonq (305.71 Mbit/s), Fransa (287.44 Mbit/s) və İslandiya (281.95 Mbit/s) tutub.

Azərbaycan bu reytinqdə 66.91 Mbit/s göstərici ilə 90-cı yerdədir.

Suriya və Kuba orta yükləmə sürəti təxminən 3 Mbit/s olmaqla sonuncu yerdə qərarlaşıb.

İllik müqayisə göstərib ki, qlobal yükləmə sürəti 2024-cü ilin yanvar ayı (91.93 Mbit/s) ilə müqayisədə 5.7 Mbit/s artıb.

Mobil internet baxımından qlobal yükləmə sürəti 91,24 Mbit/s-ə çatıb. Bu göstərici əvvəlki illə müqayisədə (50 Mbit/s) iki dəfə artıb.

BƏƏ mobil internet reytinqinə 545.94 Mbit/s orta yükləmə sürəti ilə başçılıq edir. Daha sonra Qətər (521.51 Mbit/s), Küveyt (314.39 Mbit/s), Bolqarıstan (252.,05 Mbit/s) və Bəhreyn (213.09 Mbit/s) gəlir. Azərbaycan isə 70 Mbit/s sürətlə 54-cü yerdədir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv