Nazirliyin adından dələduzluq: İnansın deyə pulu qurumun binasının önündə aldı

Nazirliyin adından dələduzluq: İnansın deyə pulu qurumun binasının önündə aldı






presstv

"Presstv"az #Hakim, #Vəzifə

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fövqəladə Hallar Nazirliyinin (FHN) adından dələduzluq etməkdə təqsirləndirilən şəxsə hökm oxunub.

presstvaz   “Qaynarinfo”ya istinadla xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Elçin Ağayevin sədrliyi ilə aparılan məhkəmə istintaqı zamanı məlum olub ki, Cinayət Məcəlləsinin 178.2.4-cü (Dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham edilən müttəhim T.Ə. zərərçəkən R.A.-nın 7 800 manatını dələduzluq yolu ilə ələ keçirib.

R.A. FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətində işə düzəlmək istəyib. T.Ə. yüksəkvəzifəli şəxslərlə yaxın münasibətlərinin olduğunu deyərək bu məsələdə ona kömək edəcəyini və bunun üçün 10 000 manat pul lazım olduğunu bildirib.

R.A. razılaşaraq T.Ə.-yə hissə-hissə ümumilikdə 7 800 manat pul verib. T.Ə. inandırıcı olsun deyə pulun bir hissəsini FHN-in inzibati binasının yaxınlığında alıb. R.A. sonradan aldadıldığını başa düşərək T.Ə. barəsində hüquq-mühafizə orqanlarına şikayət edib.

T.Ə. məhkəmə istintaqı zamanı ittihamla razılaşaraq, özünü təqsirli bilib. Eyni zamanda, dəymiş zərərin ödənildiyini qeyd edib.

Məhkəmənin hökmü ilə T.Ə.-yə 2 il 1 ay 28 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv