13 yaşlı qıza təcavüzdə ittiham olunan reperlər Jay-Z və Diddinin işində gözlənilməz dönüş

13 yaşlı qıza təcavüzdə ittiham olunan reperlər Jay-Z və Diddinin işində gözlənilməz dönüş






presstv

"Presstv"az #Şon Kombs)

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Məşhur rep ifaçıları Diddi (əsl adı – Şon Kombs) və Jay-Z-nin (əsl adı – Şon Kori Karter) adları keçən səs-küylü cinsi zorakılıq işi gözlənilməz yön alıb. Belə ki, 13 yaşında olanda hip-hop ulduzları tərəfindən təcavüzə məruz qaldığını iddia edən qadın öz iddiasını könüllü olaraq geri götürüb.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə “Rolling Stone” Şon Kombsun vəkillərinə istinadla xəbər yayıb.

Bildirilir ki, tərəflər arasında heç bir razılaşma əldə edilməyib, bu da ittihamların əsassız olduğunu göstərir.

Xatırladaq ki, qadın 13 yaşında olanda (2000-ci ildə) “MTV Video Music Awards” mükafatlandırma mərasimindən sonra keçirilən tədbirdə özünü pis hiss etdiyini və dincəlmək üçün yataq otağına getdiyini, ancaq orada Diddi və Jay-Z tərəfindən cinsi xarakterli zorakı hərəkətlərə məruz qaldığını iddia etmişdi. O, Kombsa müqavimət göstərə bildiyini və evdən qaçdığını, bundan sonra atasının onu götürüb evə apardığını bildirirdi. Lakin qadının atası həmin gün qızını götürdüyünü xatırlamadığını dedikdən sonra iddia ilə bağlı şübhələr yaranıb. Qadın məşhur reperlərə qarşı şikayətini geri götürməyə qərar verib.

Jay-Z vəziyyətə münasibət bildirərək qeyd edib ki, iddia əvvəldən əsassız olub və nəticədə heç nəyə gətirib çıxarmayıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv