Qərbi Azərbaycan Xronikası: “Biz üç nəsildir dədə-baba torpaqlarımızdan uzaq qalmışıq”

Qərbi Azərbaycan Xronikası: “Biz üç nəsildir dədə-baba torpaqlarımızdan uzaq qalmışıq”






presstv

"Presstv"az #Araşdırma, #Azərbaycan, #Deportasiya, #Ermənistan, #İlham Əliyev, #İrəvan, #Sabirabad, #Vəzifə, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Bu gün Baku TV-də Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində jurnalist Əsgər İbrahimovun müəllifi olduğu “Həyat Hekayəsi” verilişinin növbəti buraxılışı hazırlanıb.

presstvaz   xəbər verir ki, “Vətən həsrəti nənəmin səs tonunda, yanğısında görünür” adlı veriliş əslən Zəngibasar mahalından olan üçüncü nəsil Qərbi azərbaycanlı Fatimə Süleymanovanın həyat hekayəsinə həsr olunub.

O, nənəsinin Zəngibasar rayonunun Uluxanlı kəndində, ata babasının isə İrəvanda doğulduğunu, ev-eşik, təsərrüfat sahibi olduğunu deyib: “Onlar XX əsrin ortalarında ermənilərin azərbaycanlılara qarşı soyqırımı, qəsdən köçürmə siyasətinin qurbanı olub, 1948-1953-cü illərdə qəsdən deportasiya ediliblər. Nənəm danışırdı ki, məcburi şəkildə yük vaqonlarında məişət əşyaları, hətta mal-qara ilə birlikdə Sabirabada köçürülüblər, orada çox çətin şəraitdə yaşayıblar. Onlar Vətən həsrəti ilə dünyadan köçüblər”.

Onun sözlərinə görə, babası zəngin şəxs olub: “Nənəmin atasının çoxlu qızılları, dəyirmanı, atları olub. Ermənilər onu İrəvanda həbs ediblər. Uzun müddət onu həbsdə saxlayıblar, qızılların yerini öyrənmək üçün tələ qurublar. Onu həyat yoldaşı ilə həbsdə görüşdürüb və onların söhbətinə gizli qulaq asıblar. Qızılların yerini həyat yoldaşına bildirəndə ermənilər eşidib və gedib götürüblər, dəyirmanını da ələ keçiriblər. Çox acınacaqlı həyat sürüb, zirzəmidə saxlayıb orada xəstəlikdən öldürüblər”.

F.Süleymanova Qərbi Azərbaycanla bağlı araşdırma apardığını, qohumlarının çoxunun Vətən həsrətindən həyatdan köçdüklərini, oranın tarixini, mədəniyyətini dünya miqyasına çatdırmağın vacibliyini söyləyib: “Biz dədə-baba torpaqlarımızdan uzaq qalmışıq, Vətən həsrəti ilə yaşayırıq. Babam doğma torpağını, yurd-yuvasını görə bilmədi. Mən üçüncü nəsil Qərbi Azərbaycan nümayəndəsi olaraq istərdim ki, torpaqlarımıza qayıdım, Uluxanlı kəndində, İrəvanın özündə nənəmin, babamın evini-eşiyini, yaşadıqları yeri görüm, axtarım, tapım, yaxınlarımın məzarını ziyarət edim. Oralar bizim ata-baba yurdumuzdur. Orada soy-kökümüz, tariximiz, mədəniyyətimiz var. Mütləq şəkildə o torpaqlara qayıdış olmalıdır. İnanıram ki, biz mütləq şəkildə torpaqlarımıza qayıdacaq və orada yaşayıb yaradacağıq”.

Ümumiyyətlə, bu həyat hekayəsi Qərbi Azərbaycandan deportasiya olunan yüzminlərlə azərbaycanlının yaşadığı çətinlikləri, acı qaçqınlıq taleyini, eyni zamanda, doğma yurda qayıtmaq arzusunu əks etdirən bir güzgüdür.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi qədim torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasında irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv