Naxçıvanda bu şirkətlər bağlanır – ADLAR

Naxçıvanda bu şirkətlər bağlanır – ADLAR






presstv

"Presstv"az #Çin, #Naxçıvan Muxtar Respublikası, #Ordubad

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Naxçıvan Muxtar Respublikasında qeydiyyatda olan yeddi yol təmir istismar şirkəti fəaliyyətini dayandırır.

presstvaz Trend-ə istinadən xəbər verir ki, bu barədə şirkətlər özləri elan ediblər.

Fəaliyyətini dayandırdığını elan edən şirkətlər “Ordubad Yol Təmir İstismar”, “Sədərək Yol Təmir İstismar”, “Şahbuz Yol Təmir İstismar” və “Babək Yol Təmir İstismar”, “Kəngərli Yol Təmir İstismar”, “Şərur Yol Təmir Tikinti İstismar” Məhdud Məsuliyyətli Cəmiyyətləridir (MMC).

Onların hansı səbəbdən ləğv olunması barədə məlumat göstərilmir.

Yalnız o məlumdur ki, kreditorlar tələblərini 2 ay ərzində sözügedən şirkətlərin hüquqi ünvanlarına bildirə bilərlər.

Qeyd edək ki, “Babək Yol Təmir İstismar” MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan MMC-nin qanuni təmsilçisi Əsgərov Arif Əsgər oğludur.

“Ordubad Yol Təmir İstismar” MMC 2017-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan MMC-nin qanuni təmsilçisi İsazadə Türkan İsa oğludur.

“Sədərək Yol Təmir İstismar” MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 40 min manat olan MMC-nin qanuni təmsilçisi Zamanov Malik Vəliyev oğludur.

“Şahbuz Yol Təmir İstismar” MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan MMC-nin qanuni təmsilçisi Dadaşov Səbuhi Bəşir oğludur.

“Kəngərli Yol Təmir İstismar” MMC 2008-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 100 manat olan MMC-nin qanuni təmsilçisi Mehdiyev Çingiz Mehman oğludur.

“Şərur Yol Təmir Tikinti İstismar” MMC 2007-ci ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 200 manat olan MMC-nin qanuni təmsilçisi İbrahimov Mikayıl Məmməd oğludur.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv