“Birbank”ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışına start verilib

“Birbank”ın sponsorluğu ilə Azərbaycan Biznes Keys yarışına start verilib






presstv

"Presstv"az #ABŞ, #Azərbaycan, #Sosial şəbəkələr, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ölkənin aparıcı ali təhsil müəssisələrinin tələbələrini bir araya gətirən 21-ci Azərbaycan Biznes Keys Yarışına (ABCC) start verilib. “Birbank”ın da sponsor olduğu layihə ABŞ Təhsilli Azərbaycanlı Məzunlar İctimai Birliyinin (AAA) təşkilatçılığı ilə keçirilir.

Layihənin əsas məqsədi gənclərin maliyyə, marketinq, hesabat, texnologiya və idarəetmə sahələrində praktiki bacarıqlarını inkişaf etdirməkdir. Yarış iştirakçıları həmçinin mütəxəssislərlə tanış olmaq və karyera imkanlarını genişləndirmək fürsəti də qazanırlar. Belə ki, iştirakçılar real biznes problemləri üzərində işləyərək analitik və strateji düşünmə bacarıqlarını inkişaf etdirirlər. Sonda komandalar problemlərin həlli üçün strategiyalar hazırlayaraq, təkliflərini mütəxəssislərdən ibarət münsiflər heyətinə təqdim edirlər. Sessiyalarına fevral ayından etibarən başlanan layihə aprel ayında qaliblərin elan edilməsi ilə başa çatacaq.

2002-ci ildən etibarən ənənəvi olaraq keçirilən layihədə bu vaxta qədər 2000-dən çox tələbə iştirak edib. Yarışda istifadə olunan biznes problemləri Harvard Biznes Məktəbindən rəsmi olaraq təmin edilir.

Yarış çərçivəsində 20 iştirakçı “Birbank”ın ofisində keçirilən xüsusi sessiyada iştirak edib. Burada bankın peşəkar mütəxəssisləri tərəfindən tələbələrə bank sektorunda innovativ həllər, biznes strategiyaları və maliyyə idarəçiliyi mövzusunda biliklər təqdim olunub.

Qeyd edək ki, “Birbank” təkcə maliyyə xidmətləri sahəsində deyil, həm də gənclərin bilik və bacarıqlarını inkişaf etdirməyə yönəlmiş layihələrə dəstək olmaqla cəmiyyətə töhfə verməyə çalışır. Bank peşəkar inkişaf imkanları yaratmaqla gənclərin əmək bazarına daha hazırlıqlı daxil olmasına kömək edir. Azərbaycan Biznes Keys Yarışı da bu missiyanın bir hissəsi kimi, gənclərə biznes dünyasında rəqabətqabiliyyətli olmaq üçün real təcrübə qazanmaq imkanı yaradır.

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən “Birbank” üç milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 118 filialı və 54 şöbəsindən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Bank 2025-ci ilədək ölkənin birinci bankı “Kapital Bank” adı altında müştərilərinə xidmət göstərib və “Paşa Holding”ə daxildir. “Kapital Bank” isə hazırda maliyyə institutu olaraq fəaliyyətini davam etdirir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://birbank.az/ saytına, 196 Sorğu Mərkəzinə və ya bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv