Pandemiya bitməyib: ÜST-dən COVID-19 ilə bağlı yeni təhlükəli virus XƏBƏRDARLIĞI

Pandemiya bitməyib: ÜST-dən COVID-19 ilə bağlı yeni təhlükəli virus XƏBƏRDARLIĞI






presstv

"Presstv"az #Çin, #COVID-19, #Epidemiya, #Koronavirus, #pandemiya

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“SARS-CoV-2” koronavirusunun insanlar və heyvanlar arasında yayılması yeni təhlükəli virusların yaranması təhdidini yaradır.

presstvaz-ın verdiyi məlumata görə, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) hesabatında bildirilir.

“COVID-19 ilə bağlı ictimai səhiyyə üçün qlobal risk yüksək olaraq qalır”, – deyə hesabatda qeyd olunur.

ÜST qeyd edib ki, hazırda “SARS-CoV-2″yə qarşı kollektiv immunitet əhəmiyyətli dərəcədə artıb. Lakin onun yayılması davam edir.

Təşkilatın məlumatına görə, bunu test nəticələrinin müsbət faizi və çirkab sularından götürülən nümunələr təsdiq edir.

“SARS-CoV-2” pandemiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində baş verən epidemiya ilə başlayıb. 30 yanvar 2020-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı bu epidemiyanı beynəlxalq əhəmiyyət kəsb edən ictimai səhiyyə sahəsində fövqəladə vəziyyət, 11 martda isə pandemiya elan etdi. 2025-ci ilin yanvar ayına olan məlumata görə, dünya üzrə 777 milyondan çox yoluxma halı qeydə alınıb.

Bir neçə saat əvvəl beynəlxalq alimlər qrupu müəyyən edib ki, qadınlarda uzunmüddətli COVID-19 inkişafı riski kişilərə nisbətən əhəmiyyətli dərəcədə yüksəkdir. Sorğudan ən azı altı ay əvvəl koronavirusa yoluxmuş 12 mindən çox insanın məlumatlarının təhlili göstərib ki, qadınlarda uzunmüddətli simptomlarla qarşılaşma ehtimalı 31% daha yüksəkdir.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv