Yer kürəsində maqnit qasırğası: Yaxın günlərdə nə gözlənilir?

Yer kürəsində maqnit qasırğası: Yaxın günlərdə nə gözlənilir?






presstv

"Presstv"az #Bakı, #Günəş, #Günəşdə partlayış, #Hadisə, #Maqnit qasırğası, #Maqnitosfer, #Rusiya, #Yer kürəsi

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fevralın 10 və 11-də Yer kürəsində zəif maqnit qasırğaları başlaya bilər.

presstvaz-ın TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun professoru, fizika-riyaziyyat elmləri doktoru Sergey Boqaçev məlumat verib.

Onun sözlərinə görə, bu halın baş vermə səbəbi tac dəliyidir.

“Belə obyektlər Günəş küləyinin sürətli axınlarını yaradır və ötən gün Yer kürəsi bu axına qərq olub. Tac dəlikləri qasırğalara gətirib çıxara bilər, lakin bunlar Günəşdə partlayışlardan sonra yaranan qasırğalar kimi güclü deyillər. Risk artımı olsa da, hər hansı çox güclü hadisələrin olması dəqiqliklə mümkün deyil. Bu gün və sabah (10-11 fevral – red.) zəif hadisələr baş verə bilər”, – deyə Sergey Boqaçev bildirib.

Qeyd edək ki, bir gün əvvəl astrofiziklər fevralın 10-da maqnit qasırğasının olacağını proqnozlaşdırmışdılar. Onların proqnozlarına görə, bu, təxminən altı saat davam edəcək – Moskva vaxtı ilə saat 6:00-dan (Bakı vaxtı ilə 7:00-dan) günortaya qədər. Bununla belə, maqnit aktivliyində dalğalanmalar çox güclü olmayacaq. Lakin baş verərsə, bu, 2025-ci ilin fevralında ilk hal olacaq.

Fevralın 10-16-da Yer kürəsinin güclü tac dəliyinin təsirinə məruz qalacağı gözlənilir ki, bu da güclü Günəş küləyinin mənbəyidir. Bu, Yerin maqnitosferində dalğalanmalara, yəni maqnit qasırğalarına səbəb ola bilər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv