Banqladeşdə iğtişaşlar, vandalizm, talanlar: 1300-dən çox insan həbs edildi

Banqladeşdə iğtişaşlar, vandalizm, talanlar: 1300-dən çox insan həbs edildi






presstv

"Presstv"az #Banqladeşdə iğtişaşlar, #Hakim

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Banqladeşin təhlükəsizlik qüvvələri ölkəni bürümüş iğtişaşlar, vandalizm və talanlar ilə mübarizə çərçivəsində 1 300-dən çox insanı həbs edib.

presstvaz   “The Daily Star” qəzetinə istinadla xəbər verir ki, bu barədə Banqladeşin müvəqqəti hökumətinin Daxili İşlər Nazirliyi məlumat yayıb:

“Əməliyyat ölkəni var qüvvəsi ilə sabitsizləşdirmək istəyənlərə qarşı yönəlib. Nə qədər ki, bütün şeytanların kökü kəsilməyib mübarizə davam edəcək”.

Bildirilir ki, Banqladeşdə iğtişaşlara keçmiş hakim “Avami liq” partiyasının əleyhdarları tərəfindən təşəbbüs göstərilir.

Qeyd edək ki, fevralın 6-na keçən gecə Dəkkədə hərbi çevriliş nəticəsində Banqladeşin öldürülən ilk prezidenti Mucibura Rəhmanın ev muzeyi və onun qızının iqamətgahı talan edilərək yandırılıb. Kütlə “Avami liq”in bağlanmasını tələb edib.

Xatırladaq ki, 2024-cü il avqustun 5-də hökumət əleyhinə nümayişlər fonunda Banqladeşin baş naziri Şeyx Hasin istefaya gedərək ölkəni tərk edib. Ona və hökumətinə qarşı etirazlarda yüksək işsizlik səviyyəsindən və perspektivin yoxluğundan narazı olan tələbələr iştirak ediblər.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv