Rumıniyada futbol klubunun xalı mənfi 66 oldu

Rumıniyada futbol klubunun xalı mənfi 66 oldu






presstv

"Presstv"az #Futbol

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Rumıniya çempionatının ikinci divizionunda çıxış edən “Mioveni” futbol klubu 74 xaldan məhrum edilib.

presstvaz   TASS-a istinadən xəbər verir ki, Rumıniya Futbol Federasiyasına əsasən, klubun keçmiş futbolçu və məşqçilərə borcu var.

İndiyədək 8 xal toplamış və sonuncu pillədə gedən komandanın aktivində hazırda mənfi 66 xal var.

Turnirin qalan bütün matçlarında qalib gəlsə belə, mövsümün sonunda klubun aşağı liqaya düşəcəyi artıq dəqiqdir.

Qeyd edək ki, “Mioveni” 2000-ci ildə yaradılıb. 2007/08 mövsümündə klub ilk dəfə Rumıniya çempionatının yüksək divizionunda çıxış etsə də, turnirdəki yerini qoruya bilməyib. Komanda daha sonra 2011/12, 2021/22 və 2022/23 mövsümlərində də ölkə çempionatının elit dəstəsində mübarizə aparıb. Ötən mövsüm klub Rumıniya çempionatının ikinci divizionunu beşinci pillədə başa vurub.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv