Azərbaycan güləşçiləri Xorvatiyada daha iki medal qazanıblar

Azərbaycan güləşçiləri Xorvatiyada daha iki medal qazanıblar






presstv

"Presstv"az #Azərbaycan, #Azərbaycan Güləş Federasiyası, #Azərbaycan güləşçiləri, #Danimarka, #Finlandiya, #Fransa, #Hakim, #Macarıstan, #Moldova, #Qazax, #Qazaxıstan, #Rusiya, #Serbiya, #Xorvatiyalı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycan güləşçiləri Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən reytinq xarakterli turnirdə daha iki medal qazanıblar.

presstvaz   xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından məlumat verilib.

Fevralın 8-də daha 7 güləşçimiz “Zaqreb Open” turnirində mübarizə aparıb.

Qadın güləşində 57 kq-da cəmi 2 iştirakçı yer aldığı üçün Jalə Əliyeva birbaşa finalda güləşib. Həmyerlimizin amerikalı Cakarra Vinçesterlə görüşü dramatik alınıb. İlk hissədən sonra 0:7 hesabıyla geridə olan Əliyeva əzmkarlıq nümayiş etdirərək fərqi 3 xala endirib. Jalə Əliyeva son anda 4 xallıq fəndi icra etsə də, hakimlər vaxtın bitdiyini əsas gətirərək həmin fəndi qeydə almayıb. Beləliklə, rəqibinə 4:7 hesabıyla məğlub olan J.Əliyeva gümüş medalla kifayətlənib.

Böyüklər arasında debüt edən Zəhra Kərimzadə (72 kq) dairəvi sistem üzrə baş tutan mübarizədə fransalı Polin Lekarpenyeyə (0:3), xorvatiyalı Veronika Vilkə (2:6), amerikalı Skilar Qrota (0:10) və macarıstanlı Noemi Naqiyə (1:10) uduzub.

Yunan-Roma güləşi üzrə 77 kq-da 3 təmsilçimiz xalçaya çıxıb. Ölkə çempionu Davud Məmmədov debütdə moldovalı Aleksandru Soloveyə 0:3 hesabıyla məğlub olub. Daha təcrübəli Xasay Həsənlli 1/8 finalda rusiyalı Sergey Stepanova minimal fərqlə yenilib – 6:7. Bu çəkidə millinin lideri sayılan Sənan Süleymanov serbiyalı Aleksa İliçə sonuncu xal prinsipinə əsasən (1:1), macarıstanlı Robert Frişə isə 7:1 hesabıyla qalib gəlib. Ancaq 1/4 finalda S.Stepanovla bacarmayıb – 0:4.

Sergey Stepanov finala yüksəldiyi üçün güləşçilərimiz təsəlliverici görüşə vəsiqə qazanıb. Xasay ilk təsəlliverici görüşdə finlandiyalı Conni Sarkkinenə tam üstünlüklə (14:5) qalib gəlib. Ancaq daha təcrübəli Süleymanov Həsənlini vaxtından əvvəl məğlub edib – 8:0. Sənan bürünc medal uğrunda rusiyalı Sergey Kutuzovla güləşib və 1:3 hesabıyla uduzub.

İslam Abbasov (87 kq) özbəkistanlı Jalqasbay Berdimuratovu 4:3 hesabıyla, macarıstanlı İştvan Takaçı isə sonuncu xal prinsipinə əsasən (3:3) mübarizədən kənarlaşdırıb. 1/4 finalda danimarkalı Turpal Ali Bisultanova 0:4 hesabıyla məğlub olan Abbasov qazaxıstanlı İslam Yevloyev təsəlliverici görüşdə iştirak etmədiyi üçün birbaşa bürünc medal uğrunda güləşmək hüququ qazanıb. İslam Yevloyev axşam seansında rusiyalı Milad Alirzayevlə mübarizə aparıb. Qarşılaşmanın əvvəllərində 0:5 hesabıyla geri düşən İ.Abbasov əzmkarlıq nümayiş etdirərək geridönüş edib və sonuncu xal prinsipinə əsasən (5:5) bürünc medala sahibi çıxıb.

Bu çəkidəki digər təmsilçimiz Rafiq Hüseynov ilk mərhələdə serbiyalı Aleksandr Komarova 3:5 hesabıyla məğlub olub.

 


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv