Qırmızı diplomun xüsusi üstünlükləri varmı?

Qırmızı diplomun xüsusi üstünlükləri varmı?






presstv

"Presstv"az #Azərbaycanlı tələbələr, #Diplomların tanınması, #Təhsil, #Universitetlər, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Ali təhsilini fərqlənmə ilə başa vuran tələbələrə xüsusi qırmızı diplom verilir. Lakin məzunlar bildirirlər ki, onların yüksək bilik və bacarıqlarının göstəricisi olaraq tanınan bu diplom əmək bazarında heç bir üstünlük təmin etmir.

presstvaz   Xəzər TV-yə istinadən məlumat verir ki, təhsil ekspertlərinin də sözlərinə görə, fərqlənmə diplomunun xüsusi bir üstünlüyə malik olmaması tələbələr arasında rəqabət mühitinin formalaşmasının qarşısını alır.

Təhsil eksperti Rizvan Fikrətoğlunun sözlərinə görə, qırmızı diplomun xüsusi bir əhəmiyyət kəsb etməməsinin bir sıra səbəbləri var. Bunlardan ən önəmlisi isə bəzi universitetlərdə qeyri-şəffaf qiymətləndirmə prosesinin həyata keçirilməsidir.

Elm və Təhsil Nazirliyindən isə bildirilib ki, fərqlənmə diplomu məzunun tələbə olduğu müddətdə çalışqanlığının, işgüzarlılığının, məsuliyyətinin və digər üstün keyfiyyətlərinin təcəssümü kimi qəbul edilməlidir. Bu üstünlüklər gələcəkdə əmək bazarına daxil olarkən məzunun işəgötürən tərəfindən ilkin qiymətləndirilməsi zamanı da nəzərə alına bilər.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv