Legioner limitinin ləğvi futbolumuza necə təsir edəcək?

Legioner limitinin ləğvi futbolumuza necə təsir edəcək?






presstv

"Presstv"az #Azərbaycan, #Futbol, #İdman, #Jurnalistlər, #Premyer Liqası, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Fevralın 3-ü AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib və bu toplantıda bir sıra vacib qərarlar qəbul olunub.

Ən çox diqqətçəkən qərarlardan biri növbəti mövsümdən etibarən Azərbaycan Premyer Liqasında legioner limitinin ləğv olunması ilə bağlıdır.

Maraqlıdır, bu dəyişiklik futbolumuza necə təsir edəcək?

presstvaz   Baku TV-yə istinadən xəbər verir ki, “Report” informasiya agentliyinin idman departamentinin rəhbəri Kənan Həsənovun sözlərinə görə, legioner limitinin ləğvi Azərbaycan futbolunun inkişafına, gələcəyinə hesablanmış bir addımdır:

“Təbii ki, bununla bağlı müxtəlif fikirlər səsləndirilir, hətta futbolumuzun batacağı, daha da geriyə gedəcəyi ilə bağlı ehtimallar irəli sürülür. Amma bu fikirlər heç də əsaslı deyil. Limitin aradan götürülməsi ilk növbədə ona hesablanıb ki, azərbaycanlı futbolçular öz üzərlərində daha çox işləsinlər. Bu da yekunda milli komandanın çıxışına təsir edən məqam kimi düşünülüb. Çünki azərbaycanlı futbolçu öz üzərində daha çox işləsə, daha çox çalışsa, təbii ki, onun səviyyəsi də yüksələcək. Bu da millinin oyunlarına öz təsirini göstərə bilər. Ona görə də, bu dəyişikliklə bağlı təşvişə düşmək, həyəcan təbili çalmaq üçün heç bir əsas görmürəm. Sadəcə bu məsələni zamanın axarına buraxmaq lazımdır. Zaman hər şeyi göstərəcək”.

İdman jurnalisti Anar Həsənov da bu qərarın müsbət nəticə verəcəyini düşünür:

“Əvvəlki illərdə legionerlərin sayının azlığı və azərbaycanlı futbolçulara mütləq yerin verilməsi bizim oyunçularımızda rahatlıq yaradırdı. Bu nüansa görə, onlarda arxayınlıq var idi, öz üzərlərində işləmirdilər. Bundan sonra azərbaycanlı futbolçular daha çox çalışmalı, məsuliyyət hiss etməlidirlər ki, əsas heyətdə yerlərini tuta bilsinlər. Əks halda biz meydanda azərbaycanlı oyunçu görə bilməyəcəyik. Etiraf etməliyik ki, Azərbaycan xalqında belə bir düşüncə var, yeni nəsə etməyə çalışdığımızda onu qəbul etmirlər. Hər yenilik sancılı bir dövr keçir. Məncə, AFFA-nın bu qərarı tamamilə Azərbaycan futbolunun inkişafı üçün qəbul olunub. İnanıram ki, bu, təkcə klublarımız, avrokuboklar üçün deyil, eyni zamanda, milli komandaya da təsir etməsi üçün atılan addımdır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv