Sabunçuda suyu zəhərləyənlərin İFŞASI – Sakinlər özlərindən çıxdılar, qurumlar məsələyə qarışdı

Sabunçuda suyu zəhərləyənlərin İFŞASI – Sakinlər özlərindən çıxdılar, qurumlar məsələyə qarışdı






presstv

"Presstv"az #kanalda, #Sabunçu rayonu, #YouTube

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Sabunçu rayonu, Maştağa qəsəbəsi, Savalan yaşayış massivinin girişindəki su kanalına çirkab suyun axıdılması bu ərazidə yaşayan sakinləri narahat edir.

Vətəndaşların sözlərinə görə, illərdir aidiyyəti qurumlara şikayət ünvanlasalar da, problem öz həllini tapmır.

“Əraziyə nəzarət olmadığı üçün maşınlar vasitəsilə çirkab sular gətirilib kanala tökülür. Bunu edən şəxsə irad bildirəndə də deyir ki, mənə nə edəcəklər, pulumu alıb buraxırlar. Əvvəl kanalda elə təmiz su var idi ki, həyətdə istifadə edirdik”, – deyə şikayətçilər narazılıq bildiriblər.

Vətəndaşların təqsirləndirdikləri şəxs də Baku TV-yə açıqlama verib.

“Nardaran, Maştağa, Bilgəh, Kürdəxanı kimi yerlərin kanalizasiya sistemi olmadığı üçün çirkab sularının daşınmasını mən həyata keçirirəm. Həmin kanala axıdılan da qrunt sularıdır. Nə edim? Suyu həyətimə boşaldası deyiləm ki”, – deyə o qeyd edib.

Ətraflı süjetdə:


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv