Hökumə Əliyevanın əşyaları Tarix Muzeyinə verildi: Ev muzeyi YARADILACAQ

Hökumə Əliyevanın əşyaları Tarix Muzeyinə verildi: Ev muzeyi YARADILACAQ






presstv

"Presstv"az #Aktau, #Aktau şəhəri, #Azərbaycan, #Azərbaycanın Milli Qəhrəmanı, #Bakı, #Başsağlığı, #Hava Yolları, #Hökumə Əliyeva, #İlham Əliyev, #Milli Qəhrəmanın, #Qazax, #Qazaxıstan, #Qroznı, #Sərəncam, #təyyarə, #Təyyarə qəzası

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Hökumənin əmək fəaliyyəti ilə bağlı əşyaları Milli Azərbaycan Tarix Muzeyinə təqdim edilib. Digər əşyaları isə bizim evdə təşkil olunan muzeydə sərgilənəcək”.

presstvaz xəbər verir ki, bu sözləri Teleqraf.com-a açıqlamasında Azərbaycanın Milli Qəhrəmanı, təyyarə qəzasında həlak olan stüardessa Hökumə Əliyevanın 40 mərasimi ilə əlaqədar məzarını ziyarət edən atası Cəlil Əliyev deyib.

O, AZAL rəhbərliyi və qızının iş yoldaşlarının vaxtaşırı onunla maraqlandığını bildirib.

“Onlara da, xalqıma da minnətdaram. Hökumənin iş yoldaşları, qohumlar, tanımadığım çoxlu sayda insanlar müxtəlif yerlərdən gəlib başsağlığı verirlər. Hökumənin yoxluğu ilə barışmaq ağırdır. 40 gün necə keçdi, bilmirəm, çünki mən daha yaşamıram, ölmüşəm”, – Milli Qəhrəmanın atası əlavə edib.

Cəlil Əliyev qızının həlak olması ilə nəticələnən qəzada günahkarların ən ağır cəza alacaqlarına ümid etdiyini deyib.

Xatırladaq ki, Hökumə Əliyeva dekabrın 25-də Bakıdan Qroznıya uçan “Azərbaycan Hava Yolları”na (AZAL) məxsus təyyarənin Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həlak olub.

Prezident İlham Əliyevin 29 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Hökumə Cəlil qızı Əliyeva “Azərbaycanın Milli Qəhrəmanı” adına və “Qızıl Ulduz” medalına layiq görülüb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv