İki qurumdan plastik cərrahların lisenziyası ilə bağlı birgə MƏLUMAT

İki qurumdan plastik cərrahların lisenziyası ilə bağlı birgə MƏLUMAT






presstv

"Presstv"az #Azərbaycan, #Baş Prokurorluq, #plastik cərrah, #Səhiyyə Nazirliyi, #Təhsil

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

Azərbaycanda praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının yoxlanılmasına başlanılıb.

presstvaz   xəbər verir ki, bu barədə Baş Prokurorluq və Səhiyyə Nazirliyinin yaydığı birgə müraciətdə qeyd olunub.

Müraciətdə bildirilir ki, son günlər müxtəlif media vasitələrində ölkədə ayrı-ayrı plastik cərrahların praktik tibb fəaliyyəti ilə məşğul olmasına icazə verən sertifikasiya şəhadətnamələrinin ləğv olunması ilə bağlı məlumatlar yayılır.

Məlumata görə, Səhiyyə Nazirliyində yaradılan Baş Prokurorluq, Daxili İşlər Nazirliyi, Elm və Təhsil Nazirliyinin səlahiyyətli nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası təqdim olunan sənədlərin fərdi qaydada yoxlanılmasını aparır.

“Komissiya işini yekunlaşdırdıqdan sonra qəbul edilən qərar barədə ətraflı məlumat veriləcək. İctimaiyyət üçün həssas olan məsələyə məsuliyyətli yanaşmağı, Komissiyanın işinin nəticələrini gözləməyi tövsiyə edir və bu mövzuya diqqətli yanaşmağa çağırırıq”, – müraciətdə qeyd olunub.

Xatırladaq ki, vətəndaşlardan daxil olan çoxsaylı şikayətləri nəzərə alaraq, ölkə ərazisində praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının yoxlanılmasına başlanılıb.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv