Azərbaycanda məktəbdə qanlı olay: Bıçaqlanan şagirdin son durumu AÇIQLANDI

Azərbaycanda məktəbdə qanlı olay: Bıçaqlanan şagirdin son durumu AÇIQLANDI






presstv

"Presstv"az #Araşdırma, #Araşdırma aparılır., #Hadisə, #Orta məktəb, #Təhsil, #Ucar Rayon Mərkəzi Xəstəxanası, #Ucar rayonu

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Ucar rayon sakini çoxsaylı kəsilmiş-deşilmiş yaralar diaqnozu ilə fevralın 4-də Ucar Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım şöbəsinə hospitalizasiya edilib”.

presstvaz  bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) məlumat verilib.

Bildirilib ki, ilkin tibbi yardım göstərildikdən sonra o, ixtisaslaşmış tibbi yardım alması üçün Göyçay Rayon Mərkəzi Xəstəxanasına təxliyə olunub.

“Pasiyent Xəstəxananın Cərrahiyyə şöbəsinə yerləşdirilərək əməliyyat edilib. Vəziyyəti stabil qiymətləndirilən vətəndaş fevralın 5-də ambulator müalicə üçün evə buraxılıb”, – deyə məlumatda bildirilib.

“Fevralın 4-də saat 8:10-da Ucar rayon Rəstəcə kənd tam orta məktəbinin doqquzuncu sinif şagirdi öz sinif yoldaşına xəsarət yetirib”.

presstvaz bildrir ki, bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Mərkəzi Aran Regional Təhsil İdarəsindən məlumat verilib.

Bildirilib ki, xəsarət almış şagird dərhal tibb müəssisəsinə aparılıb və səhhətində problemin olmadığı aşkar edilərək evə buraxılıb.

“Şagirdlərin fiziki və psixoloji durumu məktəb rəhbərliyi və idarə tərəfindən diqqətdə saxlanılır. Hadisə ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır. Araşdırmanın nəticəsi barədə ictimaiyyətə məlumat veriləcək”, – deyə məlumatda bildirilib.

Ucarda məktəblinin sinif yoldaşını bıçaqlama hadisəsi ilə bağlı Ucar Rayon Polis Şöbəsinin İstintaq Bölməsində araşdırmalar aparılır.

presstvaz biıldirir ki, bununla bağlı Oxu.Az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan məlumat verilib.

Qeyd olunub ki, araşdırmaların nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək.

Ucarda məktəbli sinif yoldaşına ağır xəsarət yetirib.

presstvaz   APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Rəstəcə kəndində baş verib.

Rəstəcə kənd tam orta məktəbin 9-cu sinif şagirdi, 2009-cu il təvəllüdlü M.H. ilə sinif yoldaşı Q.H. arasındakı mübahisə davaya çevrilib. Q.H. M.H.-yə bıçaqla xəsarətlər yetirib.

Zərərçəkən Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

İlkin yardım göstərildikdən sonra M.H. Göyçay Rayon Xəstəxanasına aparılıb.

Zərərçəkənin yaxınlarının sözlərinə görə, hadisə məktəbdə, sinif otağında baş verib.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv