Efirlərdə işarət dilindən istifadə olunacaq – Qanun dəyişir

Efirlərdə işarət dilindən istifadə olunacaq – Qanun dəyişir






presstv

"Presstv"az #Azərbaycan, #Milli Məclis, #Vüqar Bayramov

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

“Əlilliyi olan şəxslərin hüquqları haqqında” qanuna Azərbaycan işarət dili anlayışı əlavə edilir.

presstvaz   “Report”a istinadən xəbər verir ki, bununla əlaqədar təklif olunan dəyişiklik Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.

Qeyd edilib ki, Azərbaycan işarət dili – eşitmə qabiliyyəti tam məhdud olan azərbaycandilli şəxslərin qollar, əllər və barmaqlardan eyni zamanda istifadə edilməklə fikirlərini ifadə etməsidir.

Dəyişiklik barədə danışan komitə üzvü, deputat Vüqar Bayramov bildirib ki, bu, tamamilə yeni mexanizmdir:

“Azərbaycan işarət dilinin tətbiqi beynəlxalq konvensiyalara uyğundur. İnkişaf etmiş ölkələrdə olduğu kimi, televiziya verilişlərində də işarət dilinin istifadəsi nəzərdə tutulur. Bu, əlilliyi olan şəxslərin məlumat əldə etməsinin asanlaşması, onların hüquqlarının təmin edilməsi baxımından vacib addımdır”.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv