İspaniyalı hakimlər “Real Madrid”in hədiyyələrindən imtina ediblər

İspaniyalı hakimlər “Real Madrid”in hədiyyələrindən imtina ediblər






presstv

"Presstv"az #"Real Madrid", #Futbol, #Hakim, #İspaniya, #İspaniya Superkuboku, #Səudiyyə Ərəbistan, #Səudiyyə Ərəbistanı

Son xəbərlər, Azərbaycanda və Dünyada ən aktual hadisələr "Presstv".az Azərbaycan Xəbər Portalı “Global Media Group”a daxil olan "Presstv".az Azərbaycan xəbər portalı 2023-cü ilin 16 Oktyabr- dan fəaliyyət göstərir. Saytın yaradılmasında məqsəd dünyada və ölkədə baş verən ən vacib və maraqlı son xəbərləri geniş auditoriyaya təqdim etməkdir. "Presstv".az 24 saat ərzində, Azərbaycan Türk Rus və İnglis dillərində, ölkədə və dünyada baş verən ən aktual və maraqlı son xəbərlər barədə operativ məlumatlar, oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar hazırlayır. Düzgün seçilmiş informasiya siyasəti, müasir dizaynı, mobil platformalarda və aparıcı sosial şəbəkələrdə təmsil olunması nəticəsində bu gün "Presstv".az Azərbaycanın media məkanında öz layiqli yerini tutub və ən geniş oxucu auditoriyasına malik xəbər portallarından birinə çevrilib.

         Sayt İngilis,Türk,Rus dillərində fəaliyyət göstərir.

İspaniyalı hakimlər bu ilin yanvarından “Real Madrid”in ənənəvi hədiyyələrindən imtina ediblər.

presstvaz   “Marca”ya istinadən xəbər verir ki, etiraz aksiyasının başladılmasına Madrid klubunun televiziyasının müntəzəm şəkildə hakimlərin işi haqqında videolar yayımlaması səbəb olub.

Videolarda hər dəfə “Kral klubu”nun xeyrinə olmayan qərarlar şübhə altına alınaraq kəskin tənqid edilir.

Hədiyyələrdən ilk olaraq Səudiyyə Ərəbistanında keçirilən İspaniya Superkuboku matçlarında fit çalan hakimlər – Rikardo de Burqos Benqoeçea və Xesus Xil Mansano imtina ediblər. Ardınca ölkə çempionatı və kuboku oyunlarında idarəçilik edən bəzi hakimlər də eyni addımı atıblar.

Yerli KİV-lərin bildirdiyinə görə, bu aksiya yalnız hakimlərin təşəbbüsü ilə keçirilir. Yəni İspaniya Kral Futbol Federasiyasının Hakimlər Komitəsinin mövqeyi ilə heç bir əlaqəsi yoxdur, həmçinin qurumla razılaşdırılmayıb.

Qeyd edək ki, bir çox ölkələrdə uzun illərdən bəri hakimlərə klub rəmzlərinin verilməsi ənənəsi var. Sözügedən hədiyyələr adi nişanlar, vımpellər, dəsmallar və loqolu köynəklər kimi bahalı olmayan əşyalardır.


Xəbərlərimizi kanalımızdan da izləyə bilərsiniz.


Presstvaz Azərbaycan xəbər portalı.


By presstv